Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın sərbəst güləşçisi dünya çempionu oldu

© Photo : Facebook / United World Wrestling / Kadir CaliskanАзербайджанский борец вольного стиля Кянан Гейбатов
Азербайджанский борец вольного стиля Кянан Гейбатов - Sputnik Azərbaycan, 1920, 16.08.2022
Abunə olmaq
Final qarşılaşmasında ilk hissəni 7:2 hesabı ilə öndə tamamlayan Heybətov ikinci yarıda da üstünlüyünü qoruyaraq, 13:7 hesabı ilə qalib gəlib və karyerasında ilk dəfə dünya çempionu olub.
BAKI, 16 avqust - Sputnik. Azərbaycan sərbəst güləşçisi Kənan Heybətov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.
70 kq çəki dərəcəsi üzrə həlledici qarşılaşmada rəqib ABŞ təmsilçisi Miçel Mesenbrink olub. İlk hissəni 7:2 hesabı ilə öndə tamamlayan Heybətov ikinci yarıda da üstünlüyünü qoruyaraq, 13:7 hesabı ilə qalib gəlib və karyerasında ilk dəfə dünya çempionu olub.
Qeyd edək ki, daha əvvəl Zirəddin Bayramov 65 kq çəkidə gümüş medal qazanıb. 79 kq-da isə Soslan Tigiyev bürünc medal görüşündə qırğızıstanlı Məhəmməd Abdullayevə 10:18 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib.
20:03
Azərbaycan sərbəst güləşçisi Zirəddin Bayramov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.
65 kq çəki dərəcəsi üzrə həlledici qarşılaşmada rəqib özbəkistanlı Umidcan Cəlalov olub. İkinci hissədə Bayramov 1:5 hesabı ilə geridə ikən çiynindən zədələnib. Nəticədə o, gümüş medala qazanıb.
Bu gün 70 kq çəkidəki Kənan Heybətov da finalda güləşəcək. Onun rəqibi ABŞ təmsilçisi Miçel Mesenbrink olacaq.
79 kq-da isə Soslan Tigiyev bürünc medal görüşündə qırğızıstanlı Məhəmməd Abdullayev olacaq (Report).
Xəbər lenti
0