Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bölgələrdə toxum sərgi-satış yarmarkaları keçiriləcək

© The Food Safety Agency of the Republic of AzerbaijanToxum sərgi-satış yarmarkası
Toxum sərgi-satış yarmarkası - Sputnik Azərbaycan, 1920, 14.08.2022
Abunə olmaq
Yarmarkanın müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, rəqabət mühitinin yaradılmasıdır.
BAKI, 14 avqust-Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə respublikanın müxtəlif regionlarında ənənəvi olaraq toxum sərgi-satış yarmarkaları keçiriləcək. Yarmarkalarda Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, AKİA, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edəcəklər.
© The Food Safety Agency of the Republic of AzerbaijanRespublika toxum sərgi-satış yarmarkası, arxiv şəkli
Bu gündən respublika toxum sərgi-satış yarmarkasına start verilib - Sputnik Azərbaycan, 1920, 13.08.2022
Respublika toxum sərgi-satış yarmarkası, arxiv şəkli
Yarmarkanın müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, rəqabət mühitinin yaradılması, “seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqələrin və münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, toxumçuluqda yeni innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığın artırılması, toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, həmçinin fermerlərə sertifikatlı toxumlara əlçatanlığının təmin olunmasıdır.
Sərgidə əsasən dənli, (arpa, buğda) həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdiriləcək. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat veriləcək və informasiya materialları təqdim olunacaq.
Qeyd edək ki, toxum istehsalı üzrə respublikanın torpaq iqlim zonalarını, həmçinin toxum istehsalçılarının, fermerlərin yarmarkaya maraqlarını və istəklərini nəzərə alaraq əvvəlki ildən fərqli olaraq toxum sərgi yarmarkası respublikanın 7 müxtəlif bölgələrində aşağıdakı qrafik üzrə keçiriləcək:
18 avqust - Şəki
20 avqust - İsmayıllı
24 avqust - Quba
29 avqust – Ağcabədi
31 avqust - Sabirabad
02 sentyabr – Cəlilabad
08 sentyabr-Hacıqabul
Yarmarkada məhsulunu nümayiş etdirmək istəyən toxumçular öncədən Aqrar Xidmətlər Agentliyinə müraciət etməlidir. Yarmarka "Agro Dairy" MMC-nin maliyyə dəstəyi ilə keçirilir.
buğda  - Sputnik Azərbaycan, 1920, 26.07.2022
İQTİSADİYYAT
Ərzaqlıq buğda üçün minimum alış qiyməti müəyən olunacaq
Xəbər lenti
0