Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pambıq birinci, pomidor ikinci, karbamid üçüncü yerdə - İXRAC CƏDVƏLİ

© Sputnik / Emin AlisahibAğdamda pambıq yığımı
Ağdamda pambıq yığımı - Sputnik Azərbaycan, 1920, 03.08.2022
Abunə olmaq
Azərbaycanın ixracı artır. Bu il ən çox Türkiyəyə, Rusiyaya, Gürcüstana qeyri-neft sektoruna aid mallar ixrac olunub.
BAKI, 2 avqust — Sputnik. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın ixracı 18,5 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,5 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 295,4 mln. ABŞ dolları və ya 25,4% artıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyul sayında bildirilib.
Meyvə-tərəvəz ixracı artıb
Altı ayda meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% artaraq 328,1 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 5 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 26,1%, pambıq lifi ixracı 12,8%, pambıq iplik ixracı isə 5,2% artıb.
© Sputnik / Leyla AbdullayevaAlma
Alma - Sputnik Azərbaycan, 1920, 02.08.2022
Alma
Pambıq mahlıcı birinci olub
Hesabat dövründə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (136,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (pomidor) (126,9 milyon ABŞ dolları) ikinci, karbamid (98,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Altı ayda ən çox mal Türkiyəyə göndərilib
2022-ci ilin yanvar-iyun ayları ərzində Türkiyəyə 428,4 milyon ABŞ dolları, Rusiyaya 382 milyon ABŞ dolları, Gürcüstana 88,2 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 84,6 milyon ABŞ dolları və ABŞ-a isə 57,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Bu ilin iyun ayı üzrə ixrac 3,1 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 5,8% təşkil etməklə 269,6 mln. ABŞ dolları olub. 2022-ci ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 6,6% artaraq 119,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 5,1% artaraq 149,9 milyon ABŞ dolları təşkil edib.
Ən çox mal iyunda Rusiyaya ixrac edilib
Bu ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (118,6 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (38,2 milyon ABŞ dolları) ikinci və İsveçrə (18,2 milyon ABŞ dolları) üçüncü olub.
İyunda pomidor ixracda birinci olub
İyun ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (35,8 milyon ABŞ dolları) birinci, albalı və gilas (34,2 milyon ABŞ dolları) ikinci və kartof (20,2 milyon ABŞ dolları) üçüncü olub.
Altı ayda "Azərkosmos" tərəfindən dünyanın 34 ölkəsinə 13,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. "Azərkosmos"-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib. İyun ayında isə "Azərkosmos" dünyanın 32 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
© AFP 2023 / KIRILL KUDRYAVTSEVPomidor, arxiv şəkli
Продавец раскладывает помидоры на рынке, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.08.2022
Pomidor, arxiv şəkli
Peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 3,3 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,8 milyon ABŞ dolları ilə Fransa, 2,2 milyon ABŞ dolları ilə Lüksemburq, 1,2 milyon ABŞ dolları ilə BƏƏ və 0,7 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.
İyun ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 203,6 milyon manat təşkil edib. Yanvar-iyun aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 1,1 milyard manatlıq əməliyyat aparıblar.
Yanvar-iyun aylarında Azexport.az portalına 248,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2022-ci ilin iyun ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 33,4 milyon ABŞ dolları təşkil edib.
KOB könüllüləri çay yığımında - Sputnik Azərbaycan, 1920, 02.08.2022
Çay yığımı, arxiv şəkli
Tibbi zəli, tibbi tənzif, qara çay və s. ixrac edilib
İyun ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində tibbi zəli, tibbi tənzif, qara çay, pambıq yağı, boya, alkaqolsuz (energetik) içkilər, meyvə kompotu, sement (tikinti materialı), konservləşdirilmiş tomat, günəbaxan yağı və s. məhsullar üstünlük təşkil edib.
Xəbər lenti
0