Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Kəlbəcərdə nə baş verib? Coğrafiya İnstitutu aydınlıq gətirib

© pixabay / 0fjd125gk87Tornado
Tornado - Sputnik Azərbaycan, 1920, 30.07.2022
Abunə olmaq
Coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, güclü tornado hətta beşmərtəbəli binanı belə yerindən qaldıra bilər. Kəlbəcərdə baş vermiş hadisə bunun kiçik variantıdır.
BAKI, 30 iyul - Sputnik. Coğrafiya İnstitutu Kəlbəcərdə baş vermiş təbiət hadisəsinə aydınlıq gətirib.
Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov baş verən hadisəni tornado adlandırıb və bildirib ki, bu bizim iqlim üçün xarakterik deyil.
Bu barədə APA-ya açıqlama verən mütəxəssis bildirib ki, sözügedən təbiət hadisəsi əsasən Amerika regionu üçün xarakterikdir: "Bizdə buna hava burulğanı da deyilir. Bu təbiət hadisəsinin necə baş verməsi haqda birdən çox versiya var. Konkret səbəbi elmə tam məlum deyil. İlkin versiyalardan biri budur ki, atmosferdə iki əks istiqamətli hava axınları böyük fırlanma hərəkəti ilə toqquşur və təzyiqin həddən çox aşağı düşməsi nəticəsində qeyd etdiyimiz təbiət hadisəsi meydana gəlir. ABŞ-da tornado baş verəndə xəbərdarlıq edilir və insanlar bunkerlərə yerləşdirilir".
"Çünki güclü tornado hətta beşmərtəbəli binanı belə yerindən qaldıra bilər. Kəlbəcərdə baş vermiş hadisə bunun kiçik variantıdır. Görünür ki, lokal xarakterli olduğundan xortum çox da böyük hərəkətə malik deyil. Səhv etmirəmsə Alagöl üzərində müşahidə edilib", deyə o əlavə edib.
Mütəxəssis qeyd edib ki, tornado böyük sürətə malik olsaydı, hadisəni seyr edən insanlar üçün təhlükə yaratmış olardı: "Bildirim ki, 2012-ci ildə Qaradağda yerləşən həbsxana üzərində belə bir hadisə olmuşdu və biz onu radar vasitəsilə müşahidə etmişdik. Həmin vaxt tornado həbsxananın hasarlarını yerindən çıxarmışdı. Qeyd etdiyim kimi bu hadisə bizim üçün xarakterik deyil, lakin iqlim dəyişmələri ilə əlaqədar olaraq bizdə də bu tip hadisələr tez-tez təkrarlana bilər".
Qeyd edək ki, Kəlbəcərdə çəkilən təbiət hadisəsi və ötən gün yayılan bu video sosial şəbəkədə də maraqla qarşılanmışdı.
Tornado - Sputnik Azərbaycan, 1920, 30.07.2022
HADİSƏ
Kəlbəcərdə qeyri-adi təbiət hadisəsi - burulğan-tornado baş verib
Xəbər lenti
0