CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağalı kəndində Polis sahə məntəqəsi fəaliyyətə başlayıb

© AFP 2023 / Tofik BABAYEVAğalı kəndi
Ağalı kəndi - Sputnik Azərbaycan, 1920, 30.07.2022
Abunə olmaq
Məntəqənin yaradılmasında məqsəd asayişin, təhlükəsizliyin, hüquq qaydalarının qorunmasıdır.
BAKI, 30 iyul - Sputnik. Ağalı kəndində Zəngilan rayon Polis Şöbəsinin müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb.
Bu barədə DİN məlumat yayıb.
Qeyd olunub ki, iyulun 19-dan başlanaraq Zəngilanın Ağalı sakinlərinin 30 illik həsrətinə son qoyuldu. Mərhələli şəkildə Ağalı sakinləri doğma yurd yerlərinə qayıtdılar. Ağalıda sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.
Məntəqənin yaradılmasında məqsəd asayişin, təhlükəsizliyin, hüquq qaydalarının qorunmasıdır. Hazırda yeni məntəqədə xidməti vəzifələrin icrası üçün hər cür zəruri şərait yaradılıb, əməkdaşlar müasir texniki və xüsusi avadanlıqla təchiz olunublar.
Zəngilan rayonu Ağalı kəndinə köç - Sputnik Azərbaycan, 1920, 19.07.2022
QARABAĞ
Evə qayıdarkən: Ağalı sakinləri həyətə əkmək üçün toxum aparıblar
Xəbər lenti
0