Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sabahın hava proqnozu açıqlandı

© AFP 2023 / BEN STANSALLВетряные электростанции, фото из архива
Ветряные электростанции, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.07.2022
Abunə olmaq
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.
BAKI, 19 iyul — Sputnik. İyulun 20-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 31-35° isti, Bakıda gecə 24-26° isti, gündüz 32-34° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65% olacaq.
Azərbaycanın rayonlarında yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 10-15° isti, gündüz 26-31° isti olacaq.
Xəbər lenti
0