Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif edilib

© AR Ministry of DefenceЦеремония принесения военной присяги солдатов азербайджанской армии, фото из архива
Церемония принесения военной присяги солдатов азербайджанской армии, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.06.2022
Abunə olmaq
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə 106 hərbi qulluqçu orden və medallara layiq görülüb.
BAKI, 25 iyun - Sputnik. İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının bir qrupunun təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.
Dövlət başçısının Sərəncamına əsasən, 8 hərbi qulluqçu ali hərbi rütbələrlə təltif edilib. Belə ki, 2 nəfərə general-leytenant, 5 nəfərə general-mayor, 1 nəfərə isə tibb xidməti general-mayoru ali hərbi rütbələri verilib.
Prezidentin imzaladığı digər Sərəncamla isə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə 106 hərbi qulluqçu orden və medallara layiq görülüb. Hərbçilərdən 1 nəfər “Azərbaycan Bayrağı”, 6 nəfər 3-cü dərəcəli “Rəşadət”, 65 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub. Bundan başqa, 7 nəfər “Vətən uğrunda”, 5 nəfər “İgidliyə görə”, 1 nəfər “Suqovuşanın azad olunmasına görə”, 3 nəfər “Cəbrayılın azad olunmasına görə”, 2 nəfər “Xocavəndin azad olunmasına görə”, 4 nəfər “Füzulinin azad olunmasına görə”, 1 nəfər “Qubadlının azad olunmasına görə”, 1 nəfər “Şuşanın azad olunmasına görə”, 10 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Xəbər lenti
0