Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ukraynanı viran qoymaq üçün Britaniyanın "funt bəlası"

© AFP 2023 / STEFAN WERMUTHFunt
Funt - Sputnik Azərbaycan, 1920, 04.06.2022
Abunə olmaq
Qərb Kiyev rejiminə zərbə silahlarının kiçik və ən müasir olmayan hissələrini USQ-nin qətiyyətlə qalib gəlməsi üçün deyil, Ukrayna qoşunlarının tamamilə məhv edilməsi bahasına olsa belə, hərbi əməliyyatların mümkün qədər uzadılması və Rusiyanı zəiflətmək üçün göndərir.
BAKI, 4 iyun — Sputnik. Böyük Britaniyanın müdafiə naziri Ben Uolles iyunun 1-də 80 km-ə qədər məsafədə hədəfləri vura bilən, Amerika istehsalı olan M270 (MLRS) çoxsaylı buraxılış raket sistemlərinin Ukraynaya təhvil verildiyini elan edib. Uolles hesab edir ki, M270 batareyaları Ukrayna qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Düzdür, təkrar ixrac üçün ABŞ icazəsi lazımdır (əlbəttə ki, onu verəcəklər), mürəkkəb texnikanın istismarı üçün Böyük Britaniyada Ukrayna Silahlı Qüvvələrinin mütəxəssisləri yetişdirilməlidir və Ukraynada effektiv döyüş istifadəsi üçün (burada Rus artilleriyası üstünlük təşkil edir) İngiltərə ordusunda kifayət qədər belə sistem yoxdur, cəmi 44 ədəd var.
Bir gün əvvəl Ağ Ev 80 km-ə qədər məsafəyə malik "HIMARS" MLRS-nin Kiyev rejiminə təhvil verildiyini elan edib (https://lv.sputniknews.ru/20220602/amerikanskie-himars-na-ukraine---shag-k-voyne-ssha-s-rossiey-21938648.html), Ukraynanın müdafiə naziri Aleksey Reznikov isə ABŞ prezidenti Cozef Baydenə səmimi təşəkkürünü bildirib. Baxmayaraq ki, Ukrayna Silahlı Qüvvələri ABŞ-dan cəmi dörd buraxılış qurğusu alacaq ki, bu da 400 kilometrlik "şərq cəbhəsi"ndə qüvvələr balansını heç bir şəkildə dəyişməyəcək.
"M270" MLRS sistemi məhv etmə sahəsinə görə hətta Sovet "Uragan"ından da geri qalır. 120 km-ə qədər uçuş məsafəsi olan "Smerç"in nəhəng döyüş gücü Amerikalı bənzərləri ilə ümumiyyətlə müqayisə olunmazdır. Bir neçə ton partlayıcı maddəni hədəfə tam çatdıran və 67 hektardan çox ərazini əhatə edən Rusiyanın "Tornado-S" sistemini isə hələ demirəm.
Rusiya qoşunları üç aylıq xüsusi əməliyyatda 460 Ukrayna MLRS-nı məhv edib. Hər gün Ukrayna Silahlı Qüvvələri orta hesabla 4-5 buraxılış qurğusunu itirir və Amerikanın "HIMARS" batareyası təxminən bir sutka bəs edəcək. Ola bilsin ki, britaniyalılar bir həftəlik döyüşə "qolaylanacaqlar". Nə olursa olsun, ABŞ silahlarının strateji impulsları barədə şayiələr çox şişirdilib.
Paralel olaraq, Almaniya 40 km-ə qədər məsafədə "IRIS-T" zenit-raket komplekslərinin tədarükü ilə Ukraynadakı ABŞ və Britaniya MLRS-nı Rusiyanın zərbələrindən qorumağa çalışır. Bununla belə, Ukrayna Silahlı Qüvvələri Almaniyanın "Buk" hava hücumundan müdafiə sisteminin analoqunu dərhal almayacaq (layihə üç-dörd il ərzində nəzərdə tutulub) və Rusiya xüsusi əməliyyatının başlanmasından bu yana Ukrayna hava qüvvələrinin itkilərinin 30%-ni belə kompensasiya etməyən miqdardadır.
Kollektiv Qərb Kiyev rejimini "son ukraynalıya qədər" müharibədə sövq edir, insanların kütləvi ölümündən maliyyə qazanc əldə etməyə və öz silah arsenallarını yeniləməyə çalışır.
Zərər çəkən logistika
ABŞ istehsalı olan "HIMARS" və MLRS-nin müxtəlif modifikasiyaları 14 ölkənin balansındadır və Amerikanın (simvolik) onları göndərməsi müttəfiqləri də öz reaktiv sistemlərini Kiyev rejiminə göndərməyə sövq etmək məqsədi daşıyırdı. Başqasının əli ilə döyüşmək üçün daimi arzu hegemonluğun əlamətidir.
Gələcəkdə amerikalılar bu əllərə "M270" və "M142" "HIMARS" sistemləri üçün uyğun olan "MGM-140" operativ-taktiki raketlərini (300 km-ə qədər məsafəyə) verə bilərlər. Məqsəd isə Ukraynada baş verənlərə görə məsuliyyəti gizlətməkdir.
Buna görə də Bankovoyda Qərb silahlarının Rusiya qoşunlarının hücum əməliyyatını dayandıracağına əmindirlər. Ukrayna prezidentinin ofisi iyulda "şərq cəbhəsində" vəziyyətin sabitləşməsinə ümid edir. İddialara görə, əsas döyüş yeni müqavimət simvoluna çevriləcək Baxmut uğrunda olacaq.
Kiyev animatorları başa düşmürlər ki, Amerika "Lend-Lease"i strateji olaraq heç nəyi həll etməyən bir "qoltuq ağacı"dır. Məsələn, SSRİ üçün "Lend-Lease" Qırmızı Ordunun silahlarının 20%-ni təşkil edib, lakin təyyarələrin 89%-i, tankların 84%-i yerli istehsal olub.
Ukraynanın hərbi-sənaye kompleksinin müəssisələri və neft emalı zavodları "sıfırlanıb", Ukrayna Silahlı Qüvvələri üçün Qərb silahlarının tədarükü hər an kəsilə bilər və Rusiyada isə heç vaxt "Kalibr", "İskəndər" və "Kinjal" tükənməyəcək.
Ukraynaya NATO silahlarının tədarükü Rusiyanı narahat edir və hər bir səbrin bir həddi var. İyunun 1-də axşam Ukraynanın qərbindəki Beskidiski dəmir yolu tunelinə raket hücumu ilə bağlı məlumat Kiyev rejiminin planlarının illüziya xarakterini, Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatının strateji qeyri-stabilliyindən xəbər verir. Beskiski tuneli Slovakiyadan silahların, xüsusən də Amerikanın "M777" haubitsalarının və onlar üçün sursatların tədarükü üçün fəal şəkildə istifadə olunur. Bu obyektə vurulan zərbə ilk və sonuncu deyil.
Bundan əvvəl Odessa vilayətinin Zatoka qəsəbəsi ərazisində Rusiya qanadlı raketləri Rumıniyadan Ukrayna qoşunları üçün silah və yanacaq daşınan dəmiryol körpüsünü bir neçə dəfə "demilitarizasiya edib".
Hətta Dnepr çayının sol sahilində, böyük Sinelnikovo dəmir yolu qovşağının ərazisində partlayışlar qeydə alınıb və raket hücumunun hədəfinə çevrilib.
Təsadüfi deyil ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SBSAİ) direktoru Nil Melvin Qərbin Kiyevə, xüsusən də Varşavaya silah tədarükü riskinin yüksək olduğunu deyib. Qeyd edilib ki, Moskva Polşadakı logistika mərkəzlərinə və təchizat xətlərinə zərbələr endirə bilər. Qeyd edək ki, "Kalibr"lər və "Kinjal"lar qərbə, məsələn, Londona uça bilər.
Rusiya bütün geosiyasi nöqtələri "i"nin üzərinə qoyur və Ukraynada "odlu val" taktikasından uğurla istifadə edir. İvanovo vilayətində 1000-ə yaxın hərbi qulluqçu və 100 hərbi texnikanın cəlb olunduğu Strateji Nüvə Qüvvələrinin təlimlərini keçirir. O cümlədən, 11 min kilometrə qədər məsafəyə malik "Yars" qitələrarası ballistik raketlərin mobil sistemləri, manevr edən fərdi hədəf bölmələri çoxlu döyüş başlığı ilə təchiz edilib.
Gec-tez kollektiv Qərb Ukrayna layihəsini bağlamalı, danışıqlar masasına qayıtmalı, Moskvanın təklif etdiyi çoxqütblü dünyanın bərabər və bölünməz təhlükəsizliyi sistemini qəbul etməli olacaq.
Xəbər lenti
0