Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan musiqisinin "ağ çiçəyi"nin doğum günüdür

© arxiv.azSara Qədimova
Sara Qədimova - Sputnik Azərbaycan, 1920, 31.05.2022
Abunə olmaq
Bu gün Azərbaycan muğam ifaçılığı sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Sara Qədimovanın anadan olmasının 100-cü ildönümü tamam olur/
BAKI, 31 may — Sputnik. Bu gün görkəmli xanəndə, xalq artisti Sara Qədimovanın doğum günüdür. Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. Uşaqlıq illəri isə Qarabağda, Ağdamın Gülablı kəndində keçib. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski kimi görkəmli sənətkarlar tez-tez Gülablıya gələr, yerli xanəndələrlə məclislər qurardılar.
Sara xanımın atası ilə bu məclislərdə iştirak etməsi onun sənətkar kimi formalaşmasında rol oynayıb. Xanəndə görkəmli tarzən Qurban Pirimovun yaxın qohumu olub. Sara xanım öz valideynlərini erkən yaşlarında itirib. Sənətkarın əvvəlcə anası, iki il sonra isə atası vəfat edib. Bu zaman onun cəmi 16 yaşı vardı.
İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovla xalq şairi Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının rəmzinə çevrilib. Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın Leyli Əsli obrazları da tez-tez xatırlanır. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqi tarixində özünəməxsus yer tutur. Sara Qədimova əcnəbi dillərdə 25 mahnı ifa edib və lentə yazdırıb.
Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Lirik-koloratur sopranod səsinə sahib olan sənətkarın oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur
Sara Qədimova - Sputnik Azərbaycan, 1920, 31.05.2022
Sara Qədimova
Sara xanım 22 yaşında Tibb Texnikumunda oxuyarkən özündən 24 yaş böyük Qədir İslamzadə ilə ailə qurub. Bu izdivacdan görkəmli müğənni Akif İslamzadə dünyaya gəlib. Sara Qədimova müsahibələrin birində bildirib ki, bu izdivac 8 il davam edib. Sara xanım ilk öncələr tərəddüd edir, buna səbəb Qədir İslamzadənin Saradan 24 yaş böyük olması idi. Ancaq Sara xanım onunla evlənir. Lakin 8 il sonra cütlük evliliklərini bitirirlər:

"Qədir müəllim Tibb Texnikumunun direktoru idi. Mən mamalıq şöbəsində oxuyurdum. 1944-cü ildə bir gün konsertdən sonra Qədir müəllim mənə yaxınlaşıb ciddi şəkildə "Səninlə ailə qurmaq istəyirəm" dedi", - deyə müğənni illər sonra həmin vaxtla bağlı xatirələrini bölüşüb.

1944-cü ildə Xan Şuşinski ilə Sara xanım Rza şahın dəvəti ilə İrana dəvət alır. Şahın qarşısında çıxış edən Sara xanımın ifası şahı necə valeh edirsə, ona orden bağışlayır.
1960-cı ildə Misirdə qastrol səfərində Sara xanım məşhur ərəb müğənnisi Fehruz xanımla və dünya şöhrətli bəstəkar-müğənni Fərid Əl-Ətraşla tanış olub. Hər iki sənətkar S.Qədimovanın ifasını yüksək qiymətləndirib.
Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl prezident seçilməmişdən əvvəl Bakıda səfərdə olarkən Sara Qədimovanın ifasını dinləyib. Sara xanım o zaman Abbas Səhhətin məşhur "Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim" qəzəlini muğam üstündə ifa edərkən Dəmirəlin çox xoşuna gəlib. Dəmirəl prezident seçiləndən sonra Sara xanımla görüşüb.
Xalq şairi Məmməd Araz onun səsinin vurğunu idi. Sara xanıma ünvanlanmış şeir də yazmışdı. Onu Azərbaycan musiqisinin "ağ çiçəyi" adlandırmışdı.
Qeyd edək ki, Sara Qədimova 12 may 2005-ci ildə vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0