Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

AZAL-ın Bakı-Naxçıvan reysi ilə uçan təyyarəsi tufan səbəbindən geri qayıtmalı olub

© BRUCE BENNETT / Getty Images via AFPAZAL təyyarəsi
AZAL təyyarəsi - Sputnik Azərbaycan, 1920, 23.05.2022
Abunə olmaq
Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.
BAKI, 23 may - Sputnik. Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən xəbərə görə, təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 23-24-də Abşeron yarımadasında küləyin sürətinin 15-20 m/s-dək güclənəcəyi, arabir isə bu göstəricinin 23-28 m/s-yə çatacağı gözlənilir.

Xəzərin Azərbaycan sektorunda bununla bağlı təhlükəsizlik tədbirləri həyata keçirilir: bütün strukturlara, o cümlədən neft-qaz platformaları və gəmi sahiblərinə, kapitanlara, liman nəzarəti müfəttişlərinə hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Gəmilər isə təhlükəsiz lövbərlərə göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Dənizdə dalğalar - Sputnik Azərbaycan, 1920, 23.05.2022
PAYTAXT XƏBƏRLƏRİ
Xəbərdarlıq: Xəzərdə güclü qasırğa olacaq
Xəbər lenti
0