Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycana gətirilən bibər toxumlarında virus aşkarlanıb

© AFP 2023 / SAID KHATIBbibər
bibər  - Sputnik Azərbaycan, 1920, 11.05.2022
Abunə olmaq
Viruslarla sirayətlənmiş toxumların ölkədə əkinçilikdə istifadəsi məhsulların, bitkilərin viruslara yoluxması ilə nəticələnə bilər.
BAKI, 11 may — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Niderland Krallığından ölkəmizə idxal olunan, "Monsanto Hollan BV" şirkətinə məxsus bibər toxumuna Agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında qonur qırışıqlıq virusu ("Tomato brown rugose fruit virus") aşkar edilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
14.9 kq bibər toxumunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb və məhsul məhv edilib. Həmçinin bu barədə istehsalçı ölkənin müvafiq qurumuna bildiriş göndərilib.
Qeyd edək ki, viruslarla sirayətlənmiş toxumların ölkədə əkinçilikdə istifadəsi məhsulların, bitkilərin viruslara yoluxması ilə nəticələnə bilər.
AQTA bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ölkəyə gətirdikləri toxumların bitki mənşəli viruslardan və zərərvericilərdən azad olunmasına ciddi nəzarət etmələrini tövsiyə edir. Bu kimi hallara qarşı ciddi tədbirlər görüləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Plastik qablarda olan yeməklər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.04.2022
CƏMİYYƏT
AQTA Azərbaycanda qablaşdırma məhsullarını analiz edir?
Xəbər lenti
0