Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

DİN: Jurnalist Aytən Məmmədovanın hücuma məruz qalması ilə bağlı cinayət işi başlanıb

© AR Ministry of Internal AffairsDİN-nin binası
DİN-nin binası - Sputnik Azərbaycan, 1920, 09.05.2022
Abunə olmaq
Aytən Məmmədova Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib.
BAKI, 9 may - Sputnik. Jurnalist Aytən Məmmədovanın naməlum şəxs tərəfindən hücuma məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuata açıqlamasında deyib.
E.Hacıyev qeyd edib ki, A.Məmmədova Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib. Faktla bağlı bütün zəruri tədbirlərin görüldüyü onun diqqətinə çatdırılıb.“Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir”, - Daxili İşlər Nazirliyinin şöbə rəisi bildirib.856, A.Məmmədova Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib. Faktla bağlı bütün zəruri tədbirlərin görüldüyü onun diqqətinə çatdırılıb.
“Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir”, - Daxili İşlər Nazirliyinin şöbə rəisi bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
jurnalist  - Sputnik Azərbaycan, 1920, 28.02.2022
CƏMİYYƏT
Nazirlər Kabineti jurnalist vəsiqəsinin hazırlanması ilə bağlı tapşırıq verib
Xəbər lenti
0