Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya SQ Ukraynanın “MiQ-29” təyyarələrini vurub

© Sputnik / Стрингер / Mediabanka keçidMiQ-29 Ukrayna
MiQ-29 Ukrayna - Sputnik Azərbaycan, 1920, 17.04.2022
Abunə olmaq
Rusiya Müdafiə Nazirliyi ənənəvi olaraq Ukraynadakı son vəziyyət barədə məlumatı açıqlayıb.
BAKI, 17 aprel - Sputnik. Xarkov vilayətində Ukraynaya məxsus iki MiQ-29 qırıcı təyyarəsi vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
Onun sözlərinə görə, raket zərbələri ilə iki yaşayış məntəqəsində sürtgü materialları və sürsat anbarları məhv edilib.
Rusiya Silahlı Qüvvələri həmçinin 157 hərbi obyekt məhv ediblər. Buraya S-300 kompleksinin lokator qurğusu da daxildir.
Əməliyyat başlayandan Rusiya ordusu 471 PUA və 2308 zirehli texnika məhv edib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0