Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Zavod çörəyi"nin qiyməti nəzarətdədir - Baş nazir

© Sputnik / Murad OrujovÇörək
Çörək - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Abunə olmaq
İnflyasiyanın tərkibində idxal olunan ərzaq məhsulları 60 faizdən artıqdır. Bu situasiyalarda çox vaxt qiymətlərin şişirdilməsi və sui-istifadə halları var.
BAKI, 13 aprel — Sputnik. Azərbaycanda ərzağın qiymət artımına nəzarət tədbirləri çərçivəsində əsas ərzaq məhsullarından olan çörəyin də qiyməti fasiləsiz monitorinq olunur. Bu barədə Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə bildirib.
"Ərzaq inflyasiyası 18 faiz, ümumi inflyasiya göstəricisi üç ay ərzində 12,2 faizdir. İnflyasiyanın tərkibində idxal olunan ərzaq məhsulları 60 faizdən artıqdır. Bu situasiyalarda çox vaxt qiymətlərin şişirdilməsi və sui-istifadə halları var", - deyə baş nazir bildirib.
Hökumət başçısı onu da bildirib ki, qiymətlərin süni surətdə artırılması halları mövcuddur və bunun qarşısını almaq üçün hökumət çörək və digər məhsulların qiymətinə nəzarət edir:
"İlin əvvəlindən, biz subsidiyaları çörək üçün saxlayan dövrdə xalq arasında "zavod çörəyi" deyilən çörəklərin 5 qəpik artırılan qiymətlərindən sonrakı proseslər monitorinq olundu və indiyə qədər davam etdirilir və sahibkarlar da bunu bilir. Bu proseslər ciddi şəkildə nəzarətdədir".
Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-mart aylarında istehlak qiymətləri 12,2 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları 17 faiz bahalaşıb.
Təkcə mart ayında ötən ilin martına nisbətən qida məhsullarının qiyməti 17,4 faiz qalxıb.
Xatırladaq ki, aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.
Taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir
Prezident İlham Əliyev deyib ki, ilk növbədə, ərzaqlıq buğdanın istehsalını artırmalıyıq. Ehtiyatları yığmalıyıq. Çünki bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Buna nail olmaq üçün potensial var, imkanlar var - həm azad edilmiş torpaqlarda, həm ölkəmizin digər yerlərində. Həm bu il, həm gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək. Ancaq buna çalışmalıyıq və altı ay keçməmiş biz azad edilmiş torpaqlarda indi böyük əkin işləri ilə məşğuluq. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparırıq və bu il haradasa 50 min hektarda əkin aparılacaq. Bu, çox yaxşı nəticədir.
"Həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır. İlk növbədə, suvarma, suvarma sistemləri, gübrələr və digər məsələlər öz həllini tapmalıdır", - deyə Prezident bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Market - Sputnik Azərbaycan, 1920, 06.04.2022
İQTİSADİYYAT
Azərbaycanda ərzaq bahalaşacaq, bəs kasıblar nə etməlidir? İqtisadçıdan vacib tövsiyələr
Xəbər lenti
0