Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda yeni dövlət standartı qəbul edilib

© AFP 2023 / ANDREJ IVANOVMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 08.04.2022
Abunə olmaq
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat verib ki, yeni standartın tətbiqi turizm reyestrində minimum tələblərin müəyyənləşdirilməsinə şərait yaradacaq.
BAKI, 8 aprel — Sputnik. Azəraycanda turizm fəaliyyətini tənzimləyən milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə AZS 906-2022 "Turizm xidmətləri. Yerləşmə vasitələrinin təsnifatı. Minimum tələblər" yeni dövlət standartı qəbul edilib.
Sputnik Azərbaycan bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, standartı Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib. Yeni sənədin qəbul olunması ilə əlaqədar AZS 369-2009 "Turist-ekskursiya xidmətləri. Yerləşdirmə vasitələri. Ümumi tələblər" və AZS 755-2014 "Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər" dövlət standartları qüvvədən düşüb.
Yeni standartın tətbiqi turizm reyestrində uçotun aparılması, yerləşmə vasitələrinin növünün və kateqoriyasının təyin olunması və göstərilən xidmətlərə görə minimum tələblərin müəyyənləşdirilməsinə şərait yaradacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0