Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkidə altı ailənin yaşadığı evdə yanğın olub

© REUTERS / STEPHEN LAMYanğın, arxiv şəkli
Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Abunə olmaq
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub.
BAKI, 30 mart — Sputnik. Şəki şəhərində altı ailənin yaşadığı birmərtəbəli evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanğın şəhərdə bir dam altında tikilən altı ailənin yaşadığı birmərtəbəli evdə qeydə alınıb.
Belə ki, ümumi sahəsi 72 kvadratmetr olan evin yanar konstruksiyaları 22 kvadratmetr sahədə və dam örtüyü, ümumi sahəsi 54 kvadratmetr olan ev 32 kvadratmetr sahədə və dam örtüyü, ümumi sahəsi 82 kvadratmetr olan ev 57 kvadratmetr sahədə və dam örtüyü, ümumi sahəsi 49 kvadratmetr olan ev, ümumi sahəsi 68 kvadratmetr olan ev və ümumi sahəsi 75 kvadratmetr olan evin yanar konstruksiyaları yanıb.
Evlərin qalan hissəsi və yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0