SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov fransalı həmkarı ilə nədən danışıb

© AFP 2023 / Odd ANDERSEN Fransa və Aİ bayraqları
Fransa və Aİ bayraqları - Sputnik Azərbaycan, 1920, 17.03.2022
Abunə olmaq
Fransa naziri Fransanın Azərbaycan və Ermənistan arasında normallaşma səylərinə dəstəyini ifadə edib.
BAKI, 17 mart - Sputnik. Martın 17-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, nazirlər, regiondakı cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Danışıq zamanı nazirlər Azərbaycan tərəfindən təqdim edilmiş beş baza prinspinə toxunublar.
Fransa naziri Fransanın Azərbaycan və Ermənistan arasında normallaşma səylərinə dəstəyini ifadə edib.
Tərəflər, həmçinin Ukrayna ətrafındakı mövcud vəziyyətə dair fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı nazirlər, ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
ATƏT - Sputnik Azərbaycan, 1920, 17.03.2022
QARABAĞ
Minsk Qrupu ermənilər üçün xilas kəməri kimi bir şeyə çevrilir - Politoloq
Xəbər lenti
0