Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

İki avtobus azərbaycanlı Ukraynada qaynar bölgələrdən çıxardılıb

© AP Photo / Markus SchreiberUkraybda avtobus
Ukraybda avtobus - Sputnik Azərbaycan, 1920, 14.03.2022
Abunə olmaq
Onlar ya qaldıqları yerdə şəraitsizlikdən gileylənirlər, yaxud da oradan Azərbaycana göndərilmələrinin yubanmasından şikayət edirlər.
BAKI, 14 mart — Sputnik. Soydaşlarımızdan ibarət iki avtobus azərbaycanlı Ukraynada hərbi əməliyyatların aparıldığı qaynar bölgələrdən çıxardılıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının rəhbəri Ceyhun Məmmədov bildirib. O, deyib ki, ötən gün Dneprdən və Sumunskidən hərəsi 50 nəfərdən ibarət iki qrup təxliyə edilib.
Onlara avtobuslar təşkil edilib, öz hesablarına həmin avtobuslarla qaynar bölgələri tərk ediblər. C. Məmmədov hazırda Ukraynada qalan azərbaycanlıların əsasən Ukrayna vətəndaşı olan, həyat yoldaşı ukraynalı və övladı hərbi xidmət yaşında olanlar olduğunu bildirib. Onun sözlərinə görə, həmin şəxslər özləri Ukraynanı tərk etmək istəmədiklərini bildiriblər.
Rada rəhbəri artıq onlara təxliyə üçün müraciətlərin azaldığını, təxliyə edilən bölgələrdən isə şikayətlərin artdığını söyləyib: "İndi də Polşa və Moldovaya təxliyə edilənlər ordan bizə müraciət edirlər. Onlar ya qaldıqları yerdə şəraitsizlikdən gileylənirlər, yaxud da oradan Azərbaycana göndərilmələrinin yubanmasından şikayət edirlər. Halbuki, əvvəl bizə bombardmanın altından çıxmaq üçün yalvarırdılar ki, onları xilas edək".
C. Məmmədov hazırda Lvov vağzalında sakitçlik olduğunu, əvvəlki sıxlığın yaşanmadığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0