https://sputnik.az/20220305/kur-cayi-novbeti-defe-qurumaq-tehlukesile-uzlesib---sebebi-aciqlandi-439888401.html
Kür çayı növbəti dəfə qurumaq təhlükəsilə üzləşib - səbəbi açıqlandı
Kür çayı növbəti dəfə qurumaq təhlükəsilə üzləşib - səbəbi açıqlandı
Sputnik Azərbaycan
ETSN-in Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzi martın sonunda yaz-yay gursululuq dövrünün proqnozunu hazırlayıb müvafiq qurumlara təqdim... 05.03.2022, Sputnik Azərbaycan
2022-03-05T15:00+0400
2022-03-05T15:00+0400
2022-03-05T15:00+0400
kür
cəmiyyət
etsn
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
https://cdnn1.img.sputnik.az/img/42433/01/424330139_0:320:3073:2048_1920x0_80_0_0_380db479a654685b455cf55f7d3b5e15.jpg
BAKI, 5 mart — Sputnik. Sosial şəbəkələrdə Kürün qurumasını əks etdirən fotolar paylaşılıb. Həmin görüntülərdə Kür çayının ekoloji fəlakət astanasında olduğu qeyd edilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Sputnik Azərbaycan-a Kür çayında yaranmış vəziyyətin səbəblərini açıqlayıb. O bildirib ki, Kür çayında sululuğun kəskin azalma səbəbi iqlim dəyişikliyinin su ehtiyatlarına təsiridir. Onun sözlərinə görə, qonşu ölkələrdən bizim ərazimizə daxil olan hissədə suda azalma müşahidə olunur ki, bu da bizim su ehtiyatlarına öz təsirini göstərir: "Bundan əlavə dağlıq ərazilərdə qar ehtiyatlarının az olması, qarın vaxtından tez əriməsi, Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində şaxtalı günlərin azalması, müəyyən yüksəkliklərə qədər qarın əriməsinə səbəb olur. Nəticədə yaz-yay gursululuq dövründə su azalır".A.Verdiyev onu da qeyd edib ki, hal-hazırda respublika çaylarında qış azsulu dövr müşahidə olunur: "Adətən dağlıq ərazilərə yağıntı qar şəklində yağdığından çaylarda su azalır. Amma artıq aprel ayından başlayaraq çaylarda gursululuq dövrü müşahidə olunmağa başlayıb. Bu dövrün proqnozlaşdırılması üçün mart ayının ilk günlərindən Böyük və Kiçik Qafqazın, o cümlədən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dağlıq ərazilərində 5 qrupdan ibarət ekspedisiya təşkil olunacaq. 31 marşrut üzrə qarölçmə işləri həyata keçiriləcək. Martın sonunda biz yaz-yay gursululuq dövrünün proqnozunu hazırlayıb müvafiq qurumlara təqdim edəcəyik".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42433/01/424330139_66:0:2797:2048_1920x0_80_0_0_984ac465779546d538385063bda025f1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
kür, etsn, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
kür, etsn, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
Kür çayı növbəti dəfə qurumaq təhlükəsilə üzləşib - səbəbi açıqlandı
ETSN-in Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzi martın sonunda yaz-yay gursululuq dövrünün proqnozunu hazırlayıb müvafiq qurumlara təqdim edəcək.
BAKI, 5 mart — Sputnik. Sosial şəbəkələrdə Kürün qurumasını əks etdirən fotolar paylaşılıb. Həmin görüntülərdə Kür çayının ekoloji fəlakət astanasında olduğu qeyd edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Sputnik Azərbaycan-a Kür çayında yaranmış vəziyyətin səbəblərini açıqlayıb.
O bildirib ki, Kür çayında sululuğun kəskin azalma səbəbi iqlim dəyişikliyinin su ehtiyatlarına təsiridir. Onun sözlərinə görə, qonşu ölkələrdən bizim ərazimizə daxil olan hissədə suda azalma müşahidə olunur ki, bu da bizim su ehtiyatlarına öz təsirini göstərir:
"Bundan əlavə dağlıq ərazilərdə qar ehtiyatlarının az olması, qarın vaxtından tez əriməsi, Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində şaxtalı günlərin azalması, müəyyən yüksəkliklərə qədər qarın əriməsinə səbəb olur. Nəticədə yaz-yay gursululuq dövründə su azalır".
A.Verdiyev onu da qeyd edib ki, hal-hazırda respublika çaylarında qış azsulu dövr müşahidə olunur: "Adətən dağlıq ərazilərə yağıntı qar şəklində yağdığından çaylarda su azalır. Amma artıq aprel ayından başlayaraq çaylarda gursululuq dövrü müşahidə olunmağa başlayıb.
Bu dövrün proqnozlaşdırılması üçün mart ayının ilk günlərindən Böyük və Kiçik Qafqazın, o cümlədən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dağlıq ərazilərində 5 qrupdan ibarət ekspedisiya təşkil olunacaq. 31 marşrut üzrə qarölçmə işləri həyata keçiriləcək. Martın sonunda biz yaz-yay gursululuq dövrünün proqnozunu hazırlayıb müvafiq qurumlara təqdim edəcəyik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!