Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan və İran arasında uçuşların sayı nə zaman artacaq?

© BRUCE BENNETT / Getty Images via AFPПассажирский самолет AZAL, фото из архива
Пассажирский самолет AZAL, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.02.2022
Abunə olmaq
İran rəsmisinin sözlərinə görə, uçuşların sayının artması gündəmə gətiriləcək.
BAKI, 19 fevral — Sputnik. Azərbaycan və İran rəsmilərinin razılaşması əsasında Bakı-Tehran və əks istiqamətdə həftədə iki uçuş təşkil olunacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Mirəkbər Rəzəvi deyib.
M.Rəzəvinin sözlərinə görə, uçuşlar iki ölkənin hava yolları şirkətləri tərəfindən həyata keçiriləcək.
Rəzəvi əlavə edib ki, koronavirus pandemiyası nəticəsində tətbiq olunan məhdudiyyətlərin azalması ilə uçuşların sayının artması gündəmə gətiriləcək.
Qeyd edək ki, bu ilin martın 4-dən Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa ediləcək.
Fevralın 15-də Baş nazir Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
Qərara əsasən, fevralın 16-dan hava nəqliyyatı vasitəsilə Albaniya, Dominikan, Filippin, Gürcüstan, Hindistan, İndoneziya, İran, Kolumbiya, Moldova, Özbəkistan, Pakistan, Peru, Tacikistan, Tailand, Tunis, Türkmənistan, Venesuela vətəndaşlarına, həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə Azərbaycana giriş-çıxış üçün icazə verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Azərbaycan İranla uçuşları bərpa edir
Xəbər lenti
0