SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakı Slavyan Universitetinə rektor təyin edilib

© Photo : ASANAnar Nağıyev
Anar Nağıyev  - Sputnik Azərbaycan, 1920, 18.02.2022
Abunə olmaq
O, əvvəl Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib.
BAKI, 18 fevral — Sputnik. Prezident İlham Əliyev Bakı Slavyan Universitetinin rektorunun təyinatı ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Anar Rüstəm oğlu Nağıyev Bakı Slavyan Universitetinin rektoru təyin edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. Qeyd edək ki, A.Nağıyev indiyədək BSU-nun rektor əvəzi idi. O, əvvəl Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib.
Xatırladaq ki, Bakı Slavyan Universitetinin (BSU) əvvəlki rektoru, professor Nurlana Əliyeva olub.
Nurlana Əliyeva ötən il iyunun 22-də Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
İlham Əliyev universitet rektorunu işdən çıxardı
Xəbər lenti
0