https://sputnik.az/20220216/avropa-ttifaqi-ve-dunya-banki-azerbaycan-uzre-sazis-imzalayib-439226698.html
Avropa İttifaqı və Dünya Bankı Azərbaycan üzrə saziş imzalayıb
Avropa İttifaqı və Dünya Bankı Azərbaycan üzrə saziş imzalayıb
Sputnik Azərbaycan
Ümumi büdcəsi 5,25 mln. avro təşkil edən bu üçillik proqram Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. 16.02.2022, Sputnik Azərbaycan
2022-02-16T11:48+0400
2022-02-16T11:48+0400
2022-02-16T11:48+0400
iqtisadiyyat
azərbaycan
dünya bankı
avropa ittifaqı
saziş
https://cdnn1.img.sputnik.az/img/41353/99/413539982_0:451:4200:2814_1920x0_80_0_0_fbedcf66a8fc9a91dbe8ba23c752c756.jpg
BAKI, 16 fevral — Sputnik. Avropa İttifaqı (Aİ) və Dünya Bankı arasında Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə inzibati saziş imzalanıb.Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, ümumi büdcəsi 5,25 mln. avro təşkil edən bu üçillik proqram Aİ tərəfindən maliyyələşdirilir və Dünya Bankı tərəfindən idarə olunur.Proqramın məqsədi Azərbaycan Hökumətinə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə" uyğun olaraq, məsləhət və analitik dəstəyi və potensialın gücləndirilməsini təmin etməkdən ibarətdir.Bu dəstək sosial inklüzivliyi və bağlantıları gücləndirməyə, iqtisadi islahatlara təkan verməyə, dövlət sektorunun idarəçiliyini gücləndirməyə və COVID-19-un təsirlərinin səmərəli şəkildə aradan qaldırılmasına kömək edəcək.Saziş Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri Sara Maykl və Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko tərəfindən imzalanıb. İmzalanma mərasimində İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev iştirak edib.Qeyd edək ki, AZTAF proqramı hökumətin təxirəsalınmaz prioritetlərinə cavab verən konkret fəaliyyətləri əhatə edir. Bu fəaliyyətlər hökumətin dövlət müəssisələrinin idarəçiliyi, dövlət satınalmaları, su ehtiyatlarının idarə edilməsi, "ağıllı kəndlər", rəqəmsal inkişaf, enerji səmərəliliyi, qadınların sahibkarlıq fəaliyyəti, əlillik və inkluzivlik kimi geniş spektrli prioritetlərini dəstəkləyəcək.Bundan əvvəl, Aİ-nin qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi bildirmişdi ki, iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 mlrd. avroluq maliyyə paketi ayrılıb və bu çərçivədə konkret layihələrin reallaşması nəzərdən keçirilir.Dünya Bankı indiyədək Azərbaycanda reallaşan 72 layihəyə ümumilikdə 4,2 mlrd. dollardan çox vəsait ayırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41353/99/413539982_0:0:3752:2814_1920x0_80_0_0_a96f0dacf14c9f0eea5168f08ad0abc5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
avropa ittifaqı və dünya bankı azərbaycan üzrə saziş imzalayıb
avropa ittifaqı və dünya bankı azərbaycan üzrə saziş imzalayıb
Avropa İttifaqı və Dünya Bankı Azərbaycan üzrə saziş imzalayıb
Ümumi büdcəsi 5,25 mln. avro təşkil edən bu üçillik proqram Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.
BAKI, 16 fevral — Sputnik. Avropa İttifaqı (Aİ) və Dünya Bankı arasında Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə inzibati saziş imzalanıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, ümumi büdcəsi 5,25 mln. avro təşkil edən bu üçillik proqram Aİ tərəfindən maliyyələşdirilir və Dünya Bankı tərəfindən idarə olunur.
Proqramın məqsədi Azərbaycan Hökumətinə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə" uyğun olaraq, məsləhət və analitik dəstəyi və potensialın gücləndirilməsini təmin etməkdən ibarətdir.
Bu dəstək sosial inklüzivliyi və bağlantıları gücləndirməyə, iqtisadi islahatlara təkan verməyə, dövlət sektorunun idarəçiliyini gücləndirməyə və COVID-19-un təsirlərinin səmərəli şəkildə aradan qaldırılmasına kömək edəcək.
Saziş Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri Sara Maykl və Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko tərəfindən imzalanıb. İmzalanma mərasimində İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev iştirak edib.
Qeyd edək ki, AZTAF proqramı hökumətin təxirəsalınmaz prioritetlərinə cavab verən konkret fəaliyyətləri əhatə edir. Bu fəaliyyətlər hökumətin dövlət müəssisələrinin idarəçiliyi, dövlət satınalmaları, su ehtiyatlarının idarə edilməsi, "ağıllı kəndlər", rəqəmsal inkişaf, enerji səmərəliliyi, qadınların sahibkarlıq fəaliyyəti, əlillik və inkluzivlik kimi geniş spektrli prioritetlərini dəstəkləyəcək.
Bundan əvvəl, Aİ-nin qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi bildirmişdi ki, iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 mlrd. avroluq maliyyə paketi ayrılıb və bu çərçivədə konkret layihələrin reallaşması nəzərdən keçirilir.
Dünya Bankı indiyədək Azərbaycanda reallaşan 72 layihəyə ümumilikdə 4,2 mlrd. dollardan çox vəsait ayırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.