Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva polisi nasist Njde haqqında filmin nümayişini dayandırıb

© AFP 2023 / CLEMENT MAHOUDEAUBoş kinozal, arxiv şəkli
Boş kinozal, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.01.2022
Abunə olmaq
REGNUM-un baş redaktoru Modest Kolerov bildirib ki, SAR-ın nasizmin reabilitasiyasına görə hüquqi məsuliyyət məsələsi artıq yetişib.
BAKI, 28 yanvar - Sputnik. Rusiya Erməniləri İttifaqının (SAR) təşkilatmılığı ilə Moskvada erməni nasist Njde haqqında filmin nümayiş olunacağı yerə polis əməkdaşları gələrək filmin nümayişini dayandırıblar. Bu barədə Sputnik Azərbaycan REGNUM-a istinadən xəbər verir.
Səlahiyyətli mənbənin REGNUM xəbər agentliyinə verdiyi məlumata görə, polis əməkdaşları prokurorluğun 354.1 (nasizmin reabilitasiyası) maddəsində nəzərdə tutulmuş cinayətin yolverilməzliyi ilə bağlı təqdimatını tədbir iştirakçılarının diqqətinə çatdırıb və tamaşaçıları binadan kənarlaşdırıblar.
REGNUM-un baş redaktoru Modest Kolerov bildirib ki, bu tədbirin Holokost qurbanlarının xatirəsi, Osvensim şəhərinin azad edilməsi, Leninqradın blokadadan azad edilməsi, Böyük Vətən Müharibəsində SSRİ xalqlarının soyqırımının rəsmən tanınması təşəbbüsünün geniş müzakirəsi günlərində təşkil SAR tərəfindən təşkil olunan tədbirə xüsusilə qalmaqal, siyasi-rasional, planlı münaqişə səciyyəsi verir.
Onun sözlərinə görə SAR-ın nasizmin reabilitasiyasına görə hüquqi məsuliyyət məsələsi artıq yetişib.
Xatırladaq ki, “Rusiya Veteranları” Ümumrusiya ictimai hərəkatı Rusiya Erməniləri İttifaqının nasizm və onun əlaltılarını reabilitasiya etmək cəhdilə bağlı yoxlamanın keçiriməsini tələb edib.
Buna səbəb isə nasistlərlə əməkdaşlıq etmiş Qaregin Njde haqqında filmin Moskvada nümayiş olunacağı barədə Rusiya Erməniləri İttifaqının elanı olub.
Hərəkatın sədri İldar Rezyapov Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə və Rusiyanın baş prokuroru İqor Krasnova bununla bağlı müraciət ünvanlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Ermənistan BMT-də faşizmə qarşı çıxdı - Bəs Njde necə oldu?
Azərbaycan prezidentinin Ermənistanda nasizmlə bağlı fikri BMT-də dəstəkləndi
Bayramov və Lavrov nasizmin qəhrəmanlaşdırmasını pislədilər
Veteranlar Qaregin Njde ilə bağlı daha bir müraciət etdilər
Xəbər lenti
0