Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Məclisdə xüsusi dinləmə keçiriləcək

© Sputnik / Murad OrujovMilli Məclisin iclası, arxiv şəkli
Milli Məclisin iclası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Abunə olmaq
BAKI, 24 yanvar — Sputnik. Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərlə bağlı Milli Məclisdə xüsusi dinləmə keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2022-ci il yaz sessiyasının işləri planında əksini tapıb.
Plana Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərin, Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində Azərbaycan vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclsidə xüsusi dinləmənin keçirilməsi daxil edilib.
Qeyd edək ki, həmin məsələyə komitənin bu gün keçirilən iclasında baxılması və təsdiq edilməsi gözlənilir.
Həmçinin iş planına Milli Məclisin azad olunmuş torpaqlara "Böyük qayıdış"la bağlı beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı ilə əməkdaşlıq layihəsi hazırlanması daxil edilib.
Qeyd edilib ki, azad olunmuş torpaqlara "Böyük qayıdış"la bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran Komissiyanın yaradılması, beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı ilə bu istiqamətdə əməkdaşlıq layihəsinin təşkil edilməsi komitənin iş planına daxil edilib.
2020-ci il sentyabrın 27-si Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.
Oktyabrın 9-u Cəbrayıl, oktyabrın 17-si Füzuli, oktyabrın 20-si Zəngilan, oktyabrın 25-i Qubadlı, noyabrın 8-i isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Bakıda Amnistiya Aktının tətbiq edildiyi şəxslərin sayı açıqlanıb
Milli Məclis Xarici İşlər Nazirliyi ilə müzakirələr keçirəcək
Xəbər lenti
0