Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bəzi yollar buz bağlayacaq, külək güclənəcək - xəbərdarlıq

© Sputnik / Valery Shustov / Mediabanka keçidBuz bağlamış yol, arxiv şəkli
Buz bağlamış yol, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.01.2022
Abunə olmaq
BAKI, 21 yanvar - Sputnik. Şənbə günü, yanvarın 22-də gecə, 23-də gündüz bəzi yollar buz bağlayacaq.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Gecə və səhər Bakı-Quba, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yexlax, Quba-Qusar, Naxçıvan-Şahbuz, Bərdə-İstisu, Goranboy-Tərtər, Xaldan-Mingəçevir magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.
Xankəndi-Xocavənd, Ağdam-Füzuli-Horadiz, Gəncə-Daşkəsən, Şuşa-Füzuli, Hacıqabul-Bəhramtəpə-Mincivan, Ağdam-Füzuli-Horadiz, Ələt-Astara, Salyan-Neftçala, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Ağsu-Kürdəmir-Bəhramtəpə, Ucar-Zərdab-Ağcabədi, Masallı-Yardımlı, Lənkəran-Lerik yollarında da görünüş məsafəsi ilə problemlər olacaq.
Həmçinin sinoptiklərin proqnozlarına görə, Azərbaycanın bir sıra dağlıq, dağətəyi rayonlarında yollar buz bağlayacaq.
Bakıda və Abşeron yarımadasında yanvarın 22-si səhərdən 23-ü səhərədək cənub küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 22-si səhərdən 23-ü səhərədək bəzi rayonlarda qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında şənbə günü hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 6-9° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə gecə 14-18° şaxta, gündüz 0-5° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0