Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İcbari Tibbi Sığortanın ƏDV-dən azad edilmə müddəti artırılıb

© AFP 2023 / JOE RAEDLEHəkim, arxiv şəkli
Həkim, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.01.2022
Abunə olmaq
2022-ci il 1 yanvardan etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətləri əldə edən istehlakçılar belə xidmətlərə görə ödənilmiş məbləğlərə görə ƏDV-nin geri qaytarılması hüququndan istifadə edə bilirlər.
BAKI, 16 yanvar — Sputnik. Prezident İlham Əliyev Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri təsdiqləyib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV-dən azaddır.
Layihəyə əsasən, bu müddət 1 il artırılır. Başqa sözlə, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə ƏDV-dən azad edilib.
Qeyd edək ki, həmçinin 2022-ci il 1 yanvardan etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətləri əldə edən istehlakçılar belə xidmətlərə görə ödənilmiş məbləğlərə görə ƏDV-nin geri qaytarılması hüququndan istifadə edə bilirlər.
Qanunvericiliyə əsasən, istehlakçıya qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.
Yeni dəyişikliklərə əsasən, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq. Əvvəllər bu istisna yalnız neft və qaz məhsullarına tətbiq olunurdu.
Xəbər lenti
0