Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanın Baş prokuroru Rusiya prezidentinin qəbulunda olub

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidПрезидент РФ Владимир Путин на большой ежегодной пресс-конференции в Центральном выставочном зале "Манеж"
Президент РФ Владимир Путин на большой ежегодной пресс-конференции в Центральном выставочном зале Манеж - Sputnik Azərbaycan, 1920, 12.01.2022
Abunə olmaq
Tədbir çərçivəsində, həmçinin, Türkdilli dövlətlərin Baş prokurorları arasında görüş keçirilmiş, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
BAKI, 12 yanvar — Sputnik. Yanvarın 12-də Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Rusiya Prokurorluğunun yaranmasının 300 illiyinə həsr olunmuş tədbirlərdə iştirakla əlaqədar Moskvaya səfərə gedib.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.
Nümayəndə heyətlərinin rəhbərləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən qəbul edilib. Daha sonra Baş Prokurorluqda Rusiyanın rəsmi şəxslərinin iştirakı ilə təntənəli yubiley tədbiri keçirilib.
Səfər çərçivəsində Kamran Əliyev rusiyalı həmkarı İqor Krasnov, türkiyəli həmkarı Bekir Şahin, Pakistanın Baş prokuroru Rəhman Aamir, tacikistanlı həmkarı Yusuf Raxmon, Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşev, Qırğızıstanın Baş prokuroru Kurmankul Zuluşev, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Çeol Kyu Hvan, Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratının rəhbəri Xristos Cakumopulos və digər ölkələrin baş prokurorları, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirərək mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.
Tədbir çərçivəsində, həmçinin, Türkdilli dövlətlərin Baş prokurorları arasında görüş keçirilib, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Tədbirlərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.
Eləcə də oxuyun:
* Azərbaycanın Baş prokuroru Moskvada iranlı həmkarı ilə görüşüb
Xəbər lenti
0