Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Türkiyədə hərbi komando kursunu bitirən Azərbaycan hərbçiləri Vətənə qayıdıblar - VİDEO

© AR Ministry of DefenceNövbəti komando kursunu bitirən hərbi qulluqçularımız vətənə qayıdıblar
Növbəti komando kursunu bitirən hərbi qulluqçularımız vətənə qayıdıblar - Sputnik Azərbaycan, 1920, 27.12.2021
Abunə olmaq
Qardaş ölkə arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində hərbi qulluqçularımızın müvafiq kurslarda iştirak etməsində əsas məqsəd Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.
BAKI, 27 dekabr — Sputnik. Azərbaycan ilə Türkiyə arasında imzalanmış "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqavilə çərçivəsində qardaş ölkənin İsparta şəhərində keçirilən növbəti "Komando hazırlığı" kursunu müvəffəqiyyətlə bitirən hərbçilərimiz Vətənə qayıdıblar
Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Qeyd edək ki, iki qardaş ölkə arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində hərbi qulluqçularımızın müvafiq kurslarda iştirak etməsində əsas məqsəd Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.
Xəbər lenti
0