https://sputnik.az/20211218/ctimai-islere-celb-olunanlarin-da-maaslari-artirildi-437366118.html
İctimai işlərə cəlb olunanların da maaşları artırıldı
İctimai işlərə cəlb olunanların da maaşları artırıldı
Sputnik Azərbaycan
DOST İş Mərkəzindən verilən məlumata görə, ödənişli ictimai işlər proqramı əsasında 56 min iş yeri var. 18.12.2021, Sputnik Azərbaycan
2021-12-18T16:49+0400
2021-12-18T16:49+0400
2021-12-18T16:49+0400
iş
iqtisadiyyat
maaş
artım
dost iş mərkəzi
ictimai iş
https://cdnn1.img.sputnik.az/img/42350/89/423508953_0:0:2001:1125_1920x0_80_0_0_bd41b50efd613ebc140f3fbb9ae7ab78.jpg
BAKI, 18 dekabr — Sputnik. Prezident İlham Əliyevin yeni Sərəncamı ilə minimum əməkhaqqının artırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi tərəfindən ödənişli ictimai işlərə cəlb olunanların da maaş artımına imkan verib.DOST İş Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, 2022-ci ilin əvvəlindən həmin işçilərin də əməkhaqqı yeni artıma uyğun olaraq orta hesabla 20 faiz artırılacaq və 300 manata çatdırılacaq. İşsiz və işaxtaranların məşğulluq imkanlarının artırılmasında mühüm rol oynayan ödənişli ictimai işlər proqramı əsasında 56 min iş yeri var. Bu iş yerlərinə cəlb olunanların hər biri ilə əmək müqaviləsi bağlanılıb ki, bu da həmin şəxslərin gələcək sosial təminat hüquqlarına əsas yaradır.Qeyd edək ki, ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində islahatların növbəti mərhələsinə başlanıb. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Sərəncam 1 yanvar 2022-ci ildən tətbiq ediləcək.Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də bu Sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək.Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq.Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir.Haqqı ödənilən ictimai işlər – işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42350/89/423508953_0:0:1773:1330_1920x0_80_0_0_2b814f6f497fb935091e744e953e1014.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ictimai işlər cəlb olunanlar maaşlar artırıldı dost əməkhaqqı
ictimai işlər cəlb olunanlar maaşlar artırıldı dost əməkhaqqı
İctimai işlərə cəlb olunanların da maaşları artırıldı
DOST İş Mərkəzindən verilən məlumata görə, ödənişli ictimai işlər proqramı əsasında 56 min iş yeri var.
BAKI, 18 dekabr — Sputnik. Prezident İlham Əliyevin yeni Sərəncamı ilə minimum əməkhaqqının artırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi tərəfindən ödənişli ictimai işlərə cəlb olunanların da maaş artımına imkan verib.
DOST İş Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, 2022-ci ilin əvvəlindən həmin işçilərin də əməkhaqqı yeni artıma uyğun olaraq orta hesabla 20 faiz artırılacaq və 300 manata çatdırılacaq. İşsiz və işaxtaranların məşğulluq imkanlarının artırılmasında mühüm rol oynayan ödənişli ictimai işlər proqramı əsasında 56 min iş yeri var. Bu iş yerlərinə cəlb olunanların hər biri ilə əmək müqaviləsi bağlanılıb ki, bu da həmin şəxslərin gələcək sosial təminat hüquqlarına əsas yaradır.
Qeyd edək ki, ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində islahatların növbəti mərhələsinə başlanıb. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Sərəncam 1 yanvar 2022-ci ildən tətbiq ediləcək.
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də bu Sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək.
Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq.
Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir.
Haqqı ödənilən ictimai işlər – işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir.