Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

VIII Qlobal Bakı Forumunun iştirakçıları Şuşaya gediblər

© Sputnik / Gulzar MustafaevaŞuşa şəhərinə mənzərə
Şuşa şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 07.11.2021
Abunə olmaq
Qonaqlar Şuşanın 30 ilə yaxın işğalda məruz qaldığı bütün dağıntıların, vandalizmin şahidi olacaqlar.
BAKI, 7 noyabr - Sputnik. VIII Qlobal Bakı Forumu iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində səfərdədir.
Sputnik Azərbaycan xəbər verir ki, qonaqlar şəhərlə tanış olacaq, Azərbaycanın mədəni irsi baxımından əhəmiyyət kəsb edən bütün yerlərə səfər edəcəklər.
Qonaqlar Şuşanın 30 ilə yaxın işğalda məruz qaldığı bütün dağıntıların, vandalizmin şahidi olacaqlar. Eləcə də Vətən müharibəsi nəticəsində Şuşanın azad edilməsindən sonra mədəniyyət və tarixi abidələrin bərpası istiqamətində quruculuq işləri ilə tanış olacaqlar.
Eyni zamanda forumun nümayəndələrinin mədəni irsin dəyəri haqqında çıxışları gözlənilir.
VIII Qlobal Bakı Forumu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb.
Sayca 8-ci olan və noyabrın 6-dək davam edib. Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak ediblər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulub.
Tədbir çərçivəsində keçirilən panel iclaslarda "COVID-19-dan sonra yaranan yeni dünya nizamı", "Yeni dünya iqtisadiyyatı", "Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları", "İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması", "Səhiyyə və insanların peyvənd edilməsi", "Qida və qida təhlükəsizliyinin təşviqi", "Gənclər danışır, biz dinləyirik", "Şərq tərəfdaşlığı və onun imkanları" mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılıb.
Xəbər lenti
0