DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Erməni deputat Paşinyanla keçirilmiş qapalı görüşün şok detallarını açıqladı

© AFP 2023 / -Премьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.10.2021
Abunə olmaq
"Hayastan" blokundan deputat seçilən İşxan Saqatelyan "Facebook" hesabında Paşinyanın müharibə dövründə müxalifətlə keçirdiyi qapalı görüşdən bəhs edərək, onun status məsələsinin müzakirə edilmədiyini dediyini bildirib.
BAKI, 31 oktyabr — Sputnik. Ötən ilin 19 oktyabrında Baş nazir Nikol Paşinyanla keçirilən görüşdə ona kapitulyasiyanın dövlətimizin məhvi olacağını söylədim.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistan parlamentinin "Hayastan" blokundan deputat seçilən İşxan Saqatelyan "Facebook" hesabında yazıb.
Deputat müharibə dövründə Baş nazirlə keçirilmiş qapalı görüşün detallarını açıqlayıb:
"Müşavirəyə onunla başladı ki, Paşinyan vəziyyətin ağır olmasına, itkilərin çoxluğuna diqqət çəkdi. O dedi ki, Araik Arutyunyan ona zəng edərək bütün keçmiş liderlərin əvvəllər müzakirə olunmuş variantlar ətrafında tezliklə mümkün danışıqlara getmək təkliflərini irəli sürdüklərini bildiriblər. Ondan soruşdum ki, müzakirələrdə status məsələsi varmı? O, "yox" cavabını verdi. Mən dedim ki, sən 23-24 gün qələbə qazanacağıq deyə qışqırırdın, indi isə təslim olma haqqında sənəddən danışırsan. O cavab verdi ki, situasiya belədir və ondan əvvəlki rəhbərlik yaxşı miras qoymayıb".
Xəbər lenti
0