Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ucarda qadın əməliyyatdan sonra dünyasını dəyişdi

© AFP 2023 / WANG ZHAOБеременная женщина, фото из архива
Беременная женщина, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.10.2021
Abunə olmaq
Ötən il ailə həyatı quran Gülnar Mehdiyevanın bu ilk hamiləliyi olub.
BAKI, 30 oktyabr - Sputnik. Ucarda qadın qeysəriyyə əməliyyatından sonra ölüb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri bildirir ki, hadisə oktyabrın 29-u axşam saatlarında Ucar rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
İlkin məlumata görə, bir gün əvvəl Zərdab rayon Məmmədqasımlı kənd sakini, 32 yaşlı Gülnar Mehdiyeva doğuş üçün Ucar rayon Mərkəzi Xəstəxanasına gətirilib. Qeysəriyyə əməliyyatına götürülən qadın axşam saatlarında ölüb.
Ötən il ailə həyatı quran Gülnar Mehdiyevanın bu ilk hamiləliyi olub. Hazırda körpə Ucar rayon Mərkəzi Xəstəxanasındadır.
Faktla bağlı araşdırmalara başlanılıb.
Eləcə də oxuyun:
* Bərdədə əməliyyatdan sonra ölən qadının qohumları: "Bəlkə də dünən ölübmüş..."
* On doqquz yaşlı qadın doğuşdan sonra dünyasını dəyişib
Xəbər lenti
0