Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" Kiprin "Omoniyası"nı darmadağın etdi: Oyunda qalmaqal da baş verdi

© Photo : Facebook / Qarabağ FK"Qarabağ" klubunun futbolçuları "Omonia" komandasının qapısına vurduqları üçüncü qolu qeyd edirlər
Qarabağ klubunun futbolçuları Omonia komandasının qapısına vurduqları üçüncü qolu qeyd edirlər - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Abunə olmaq
Oyunda ilk qol 40-cı dəqiqədə vurulub. Nikosiya təmsilçisinin heyətində yer alan Yan Letsyaks hesabı açıb.
Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyunu başa çatıb.
Nikosiyadakı GSP stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Görüşü şotlandiyalı FIFA referisi Bobbi Madden idarə edib.
Oyununda ilk qol 40-cı dəqiqədə vurulub. Nikosiya təmsilçisinin heyətində yer alan Yan Letsyaks hesabı açıb.
Oyunun 52-ci dəqiqəsində Ağdam klubunun heyətində Kadi Borges baxımlı zərbə ilə hesabı bərabərləşdirib.
Oyunun ikinci hissəsində meydana daxil olan Ramil Şeydayev 73-cü dəqiqədə Ağdam klubunu önə keçirib.
79-cu dəqiqədə penaltidən fərqlənən Maksim Medvedev komandasının üstünlüyünü 2 topa çatdırıb.
Matçda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Kadi Borges qoyub. O, komandasının 4-cü qolunu nikosiyalıların qapısından keçirib.
Beləliklə oyun 4:1 "Qarabağ" komandasının üstünlüyü ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 4-ə çatdıran “Qarabağ” İsveçrə “Bazel” ilə birlikdə 1-2-ci yerləri bölüşdürür.
H qrupunun digər matçında “Bazel” evdə Qazaxıstan “Kayrat”ını 4:2 hesabı ilə məğlub edib.
Oyunda qalmaqal
Qeyd edək ki, "Omoniya" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının qrup oyunu qalmaqalsız ötüşməyib.
Ağdam klubunun yarımmüdafiəçisi Kadi Borges 52-ci dəqiqədə hesabı bərabərləşdirdikdən sonra qolu qeyd etmək üçün meydanın kənarına gedib.
Bu zaman Nikosiya təmsilçisinin azarkeşləri meydana su şüşələri atıblar.
Xəbər lenti
0