Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İngiltərə Danimarkaya qalib gələrək ilk dəfə Avropa çempionatının finalına çıxıb

© REUTERS / LAURENCE GRIFFITHSФутболисты сборной Англии
Футболисты сборной Англии - Sputnik Azərbaycan, 1920, 08.07.2021
Abunə olmaq
Futbolun yaradıcıları əvvəllər heç vaxt qitə birinciliklərinin finalında oynamayıblar. Onlar finalda italyanlarla qarşılaşacaqlar.

Futbol üzrə İngiltərə millisi AVRO-2020 yarımfinal oyununun əlavə vaxtında Danimarka yığmasını məğlub edib. Londonun "Uembli" sadionunda keçirilən oyun 2:1 hesabı ilə başa çatıb.

30-cu dəqiqədə Mikkel Damsqor cərimə zərbəsini birbaşa qapıya vuraraq danimarkalıları irəli çıxarıb. Lakin ingilislər 39-cu dəqiqədə Simon Kyerin avtoqolu sayəsində bərabərliyi bərpa ediblər.

Bu qoldan bir dəqiqə əvvəl danimarkalıların qapıçısı Kasper Şmeyxel Rahim Sterlinqin yaxın məsafədən vurduğu zərbəni dəf edib.

Oyunda həlledici qolu Harri Keyn vurub. Şmeyxel 11 metrlik cərimə zərbəsini qaytardıqdan sonra Keyn təkrar zərbə ilə topu tora göndərib.

Beləliklə, Keyn həmvətəni Harri Linekerin iri turnirlərin (dünya və Avropa birincilikləri) final mərhələlərində vurulmuş qolların sayına görə rekordunu (10) təkrar edib.

Bu oyunda İngiltərə komandası AVRO-2020-də ilk qolu buraxıb. Komandanın qapıçısı Cordan Pikford İngiltərə millisinin qapıçıları arasında qapını "quru" saxlamaq üzrə Qordon Benksin nailiyyətini ötüb (1966-cı ilin may-iyul ayları, 720 dəqiqə).

Danimarka millisi 1992-ci ildə Avropa çempionu olub, 1984-cü ildə isə komanda birinciliyin yarımfinalına qədər gəlib.

İngiltərə millisi əvvəllər heç vaxt qitə birinciliyində qalib olmayıb, 1996-cı ildə futbolun yaradıcıları turnirin yarımfinalına qədər gəliblər. 1968-ci ildə isə üçüncü yer uğrunda oyunda ingilislər SSRİ komandasına qalib gəliblər.

İyulun 11-də elə "Uembli"də keçiriləcək final oyununda İngiltərə və yarımfinalda ispanları penaltilərdə məğlub etmiş İtaliya milli komandaları üz-üzə gələcək.

Xəbər lenti
0