Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Həm qəliz, həm də ki, vacib" sahədə bu il nələr baş verdi?

© Pexels freestocks.orgКинопленка, фото из архива
Кинопленка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Geridə qoyuduğumuz ildə ən mühüm hadisə təbii ki, Prezidentin kino ilə bağlı verdiyi qərar oldu. Belə ki, ölkə rəhbərinin "Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası" layihəsinin hazırlanması ilə bağlı verdiyi sərəncam böyük əhəmiyyət kəsb edir.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 30 dekabr — Sputnik. Bu il ölkə tarixində həm sosial, həm siyasi, həm də mədəni sahədə bir çox əhəmiyyətli hadisələr yaşandı. 2019-cu il Azərbaycan mədəniyyəti və incəsənəti, bütövlükdə sənət aləmi üçün bir sıra əlamətdar günlər və hadisələrlə yadda qaldı. Mədəniyyətin ən böyük qolu olan kino sahəsində də yeniliklər baş verdi.

Зрительный зал кинотеатра, архивное фото - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanda kino həftəsi - Bakıdan Şəkiyədək

Geridə qoyuduğumuz ildə ən mühüm hadisə təbii ki, Prezidentin kino ilə bağlı verdiyi qərar oldu. Belə ki, ölkə rəhbərinin "Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası" layihəsinin hazırlanması ilə bağlı verdiyi sərəncam böyük əhəmiyyət kəsb edir. Həmçinin Dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat ayrılması bu sahədə çalışan insanlar üçün xoş bir xəbər oldu.

"Azərbaycanfilm" kinostudiyasında, görkəmli kinorejissorlar Tofiq Tağızadə və Hüseyn Seyidzadənin yaradıcılıq otağının açılışı kino ictimaiyyəti tərəfindən alqışla qarşılandı.

Bu ilin mart ayının 20-dən may ayının 1-dək Mədəniyyət Nazirliyi tərəfindən elan olunan bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsinin nəticələri elan olundu. Ümumilikdə ekranlaşdırılacaq 18 ssenari qalib olaraq növbəli sistemlə istehsala start verildi.

"Azərbaycanfilm" kinostudiyasında rəhbər dəyişikliyi oldu. Belə ki, 2011-ci ildə kinostudiyaya rəhbər təyin olunan Müşfiq Hətəmov öz postunu Cəmil Quliyevə təhvil verdi.

Bu il həmçinin bir neçə kino xadimlərinin yubileyi ilə də yadda qaldı. Xalq rəssamı Rafiz İsmayılovun 80, rejissor və ssenarist, Xalq artisti Əbdül Mahmudovun 75, Azərbaycanın və SSRİ-nin Xalq artisti, rejissor Əjdər İbrahimovun 100, görkəmli rejissor Fikrət Əliyevin 80, Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubileyi qeyd edildi.

Fehruz Şamıyev - Sputnik Azərbaycan
Kino sahəsində çalışan gənclərin hansı problemləri var - Fehruz Şamıyev danışır

2019-cu il Bakı bir neçə festivala ev sahibliyi etdi. Təbii ki, miqyasına görə ən mötəbər 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalı oldu. 6-9 noyabr tarixlərində baş tutan festivala 79 ölkədən 3484 qısametrajlı film təqdim edilmişdi.

Eyni zamanda "DokuBaku" Beynəlxalq Sənədli Film Festivalı da maraqla qarşılandı. Festival təşkilatçıları ilk dəfə olaraq filmləri regionda nümayiş etdirdilər.

Amerikada fəaliyyət göstərən rejissor Elmar Bayramovun lentə aldığı "Let me run" (Qoyun qaçım) filmi mükafata layiq görüldü.

Ekran əsəri 40 gün müddətində 4 fərqli mötəbər festivalda qalib oldu.

Ümid edək ki, 2020-ci il də Azərbaycanın kino sahəsində maraqlı yadda qalan hadisələrlə zəngin olacaq.

Xəbər lenti
0