CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt sakinlərinə müjdə: Nəhayət ki...

© Sputnik / Irade JELILBinəqədi şosesində təmir işləri
Binəqədi şosesində təmir işləri - Sputnik Azərbaycan
Abunə olmaq
Sabahdan etibarən bütün işlər yekunlaşacaq

BAKI, 19 dekabr — Sputnik. Uzun müddətdir ki, təmir işləri getdiyinə görə bağlı olan Binəqədi şossesi, nəhayət ki, istifadəyə verilib. Bu barədə Sputnik Azərbaycan-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, təmir işləri yekunlaşmasa da, yol açılıb: "İşlər tam yekunlaşmayıb, amma vətəndaşları nəzərə alaraq yol açılıb. Hazırda kiçik təmir işləri görülür. Sabahdan etibarən bütün işlər yekunlaşacaq və yol tamamilə hazır vəziyyətdə əhalinin istifadəsinə veriləcək".

Qeyd edək ki, bu yolun uzun zamandan bəri təmirə bağlı olması şəhərdaxili və şəhərdən kənara gediş-gəlişi xeyli dərəcədə çətinləşdirib. Xüsusilə Binəqədi istiqamətində gedib-gələnlər Bakı-Sumqayıt yoluna yönəldiyi üçün bu istiqamətdə dözülməz tıxac yaşanır.

Xəbər lenti
0