BAKI, 12 may — Sputnik. Bu gün Türkiyənin futbol tarixində yaşanan bir ilkin 5-ci il dönümüdür.
5 il öncə mayın 12-də "Qalatasaray" futbol klubu öz çempionluğunu əzəli rəqibi "Fənərbaxça"nın doğma meydanı olan Şükrü Saracoğlu stadionunda qeyd etmişdi. İki klub arasında həmin tarixdə oynanılan matçda "Qalatasaray" əzəli rəqibi ilə heç-heçəyə qalaraq, çempionluq üçün lazım olan 1 xalı qazanıb, kuboku havaya qaldırmışdı.
Sputnik Azərbaycan beş il əvvəl yaşanan tarixi anların görüntüsünü təqdim edir: