CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu qanunu pozan sürücü 150 manat cərimələnəcək

© Sputnik / Murad OrujovАвтомобиль дорожно-патрульной службы в Баку, фото из архива
Автомобиль дорожно-патрульной службы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Sürücü cərimələnən zaman usta yada düşmədiyi üçün onları heç kim cərimələmir. Buna görə də hər bir usta pərdəni istədiyi kimi quraşdırır, amma buna xüsusi nəzarət olsa daha yaxşı olar".

BAKI, 2 may — Sputnik. Mayın 1-dən etibarən avtomobillərə pərdə vurulmasına icazə verilib. Pərdə və jalüzlərdən istifadə 15 noyabr tarixinə qədər qüvvədə olacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünəndən etibarən avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilib. Amma bu pərdə və jalüzlər standartlara uyğun olmalıdır: "Ölkə ərazisində idarə olunan minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə sənaye üsulu ilə hazırlanmış, Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilən standartlara cavab verən pərdə və jalüzlərin istifadəsinə icazə verilib".

Əsədov bildirib ki, havaların isti keçməsindən istifadə edən bəzi sürücülər avtomobilin arxa yan şüşələrində buqələmun, güzgü və müxtəlif rəng çalarlarından istifadə etməyə üstünlük verirlər, bu isə qanuna ziddir və qanunun tələblərini pozan sürücüləri 150 manat məbləğində cərimə gözləyir. 

Пешеходный переход в Баку - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda piyada zolağından keçənləri döydülər

Nəqliyyat eksperti Məzahir Əhmədovun sözlərinə görə, kustar üsulla quraşdırılan pərdələrə heç vaxt icazə verilmir. Buna görə qadağa yan şüşələrdəki görmə məhdudiyyəti yaradan istənilən vasitəyə qarşı tətbiq oluna bilər: "Pərdələrin vurulmasında ustalar da məsuliyyət daşıyır. Yəni, usta müştərinin arzularına uyğun deyil, qanuna uyğun şəkildə pərdə və jalüz vurmalıdır. Düzdür, sürücü cərimələnən zaman usta yada düşmədiyi üçün onları heç kim cərimələmir. Buna görə də hər bir usta pərdəni istədiyi kimi quraşdırır, amma buna xüsusi nəzarət olsa daha yaxşı olar".

Ekspert bildirir ki, çox zaman sürücülər hansı pərdələrin vurulmasına icazənin verilib-verilməməsindən xəbərsiz olur. Bəzən buna görə cərimə tətbiq edildiyində sürücülərdə çaşqınlıq yaranır. Ona görə də sürücülər avtomobillərə pərdə vurulması üçün ixtisaslaşmış ustalara müraciət etməlidirlər.

Xəbər lenti
0