Floridanı qana bulayan Esteban Santyaqo kimdir?

© REUTERS / Andrew InnerarityFloridanın Fort Lauderdeyl hava limanında silahlı insident
Floridanın Fort Lauderdeyl hava limanında silahlı insident - Sputnik Azərbaycan
Abunə olmaq
O bundan əvvəl bir neçə dəfə Federal Təhqiqatlar bürosunun Alyaskada yerləşən ofisinə gedərək İŞİD-ə qarşı döyüşmək üçün ona şərait yaradılmasını istəyib.

BAKI, 7 yan – Sputnik. Dünən Floridanın Fort Lauderdeyl hava limanında baş verən silahlı insidentdən sonra bu gün uçuşlar bərpa edilib.

Sputnik ABŞ mətbuatına istinadən bildirir ki, hava limanı personalı bəzi reyslərin yenidən həyata keçirildiyini söyləyib.

Xatırladaq ki, dünən aeroportun 2-ci terminalında Esteban Santyaqo adlı sərnişin qəfildən insanlara atəş açıb. Hadisədə 5 nəfər ölüb, 8 nəfər yaralanıb. Daha 45 nəfər isə insident zamanı limanı tərk etməyə çalışarkən müxtəlif xəsarətlər alıb.

Atəş açan şəxs polis tərəfindən saxlanılıb. Puerto-Riko və Alyaska Milli Qvardiyalarında xidmət edən və İraq müharibəsi veteranı olan Santyaqo Nyu-Cersi ştatında doğulan ABŞ vətəndaşıdır. O, bundan əvvəl bir neçə dəfə Federal Təhqiqatlar bürosunun Alyaskada yerləşən ofisinə gedərək İŞİD-ə qarşı döyüşmək üçün ona şərait yaradılmasını istəyib. Lakin onun bu istəyinə rədd cavabı verilib. 

Xəbər lenti
0