BAKI, 24 noy — Sputnik. Türkiyədə dolların məzənnəsi 3.42 ilə tarixi zirvəyə çıxdı. Dünən 3.41-i keçərək rekordunu yeniləyən USD rekordlarına davam edir.
Sputnik bloomberght-ə istinadla xəbər verir ki, dolların yüksəlişində FED-in uçot dərəcəsini qaldırma gözləntilərinin qüvvətlənməsi də təsirli olub. Dünən açıqlanan FED-in noyabr iclasının protokollarında, səlahiyyətlilərin əksəriyyətinin yaxın zamanda faiz artımına isti baxdığı ortaya çıxıb.
ABŞ-da dünən açıqlanan güclü dayanıqlı mal sifarişləri və istehlakçı etibarı ilə bağlı məlumatlar da faiz artımı gözləntilərini dəstəkləyib.