Politoloq: ABŞ Əsədin hakimiyyətdən getməsi ideyasından imtina etməyib

© SputnikРуководитель Клуба политологов «Южный Кавказ» Ильгар Велизаде.
Руководитель Клуба политологов «Южный Кавказ» Ильгар Велизаде. - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: Rusiyanın ABŞ-la dialoqu davam etmək niyyəti gələcəkdə sülhün bərqərar olmasına ümidlər verir.

İlqar Vəlizadə: Şiddətli döyüşlər ABŞ-a öz mövqeində ciddi dəyişiklər etməyə vadar edəcək
Politoloq İlqar Vəlizadə deyir ki, Suriya üzrə danışıqlar mövqelərin fərqli olduğu səbəbindən uğurla nəticələnmir.

“Amerika və Rusiyanın Suriya üzrə danışıqları mürəkkəb keçsə belə, iki vacib sazişlə nəticələnib. Lakin onlara əməl olunmayıb. Bunun əsas səbəbi tərəflərin prinsipial məsələlərdə razılığa gəlməməsidir ki, o da imzalanan sazişləri uzunmüddətli etmir. Belə vəziyyətdə əsas məqsəd aradakı ziddiyyətləri aradan qaldırmaqdan ibarətdir. ABŞ və Rusiya atəşkəs rejiminə meyil göstərsələr belə, bu əsas yanaşmalarda ciddi bir dəyişiklik etməyiblər”, — deyə o bildirib.

Xəbər lenti
0