Kuznetsov: "İskəndər-E" Azərbaycan ordusuna qarşı istifadə edilə bilməz

© Sputnik / Murad OrujovРоссийский военный эксперт Олег Кузнецов во время пресс-конференции на тему: “Перспективы азербайджано-российского военно-технического сотрудничества”
Российский военный эксперт Олег Кузнецов во время пресс-конференции на тему: “Перспективы азербайджано-российского военно-технического сотрудничества” - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert hesab edir ki, Ermənistanda hərbi paradda nümayiş olunan Rusiya raket kompleksi siyasi gedişdir

Kuznetsov: "İskəndər-E" Azərbaycan ordusuna qarşı istifadə edilə bilməz
“İsgəndər-E” operativ-taktiki raketlərin Ermənistana verilməsi 2013-cü ildə razılaşdırılıb. Bunu “Sputnik” Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlıq perspektivləri" mövzusunda keçirilən konfransda rusiyalı hərbi ekspert Oleq Kuznetsov bildirib.

Onun sözlərinə görə, son vaxtlar Azərbaycan cəmiyyətini Ermənistanda "İskəndər-E" raket kompleksinin yaranması məsələsi narahat edir. “Bu kompleksin məqsədi müəyyən hərbi obyektləri və ordu kütləsini məhv etməkdir. O, nə Bakının neft yataqlarına, nə hərbi və mülki hava limanlarına, nə də ki, paytaxın özünə zərbə endirə bilər”, — deyə Kuznetsov əlavə edib.

Xəbər lenti
0