Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Moskvada Nikita Mixalkovun yubileyi ilə bağlı tədbir keçirilib

Nikita Mixalkov
Nikita Mixalkov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu çıxış edərək Nikita Mixalkovun təltif olunması ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamını və səmimi təbrik məktubunu oxuyub.

BAKI, 22 okt – Sputnik. Məlum olduğu kimi, 20 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkovu Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib.

21 oktyabr tarixində Moskva şəhərində Nikita Mixalkovun 70 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilib. Bu barədə Sputnik-ə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Ölkə başçısının tapşırığı ilə tədbirdə iştirak edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu çıxış edərək Nikita Mixalkovun təltif olunması ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamını və səmimi təbrik məktubunu oxuyub və sözügedən ordeni Rusiya Kinematoqrafçılar İttifaqının sədrinə təqdim edib. 

Nikita Mixalkov əməyinə verdiyi yüksək giymətə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. O, bu yaxınlarda Bakıya səfəri zamanı İlham Əliyevlə keçirdiyi görüşü xatırlayıb, həmin görüşün onda xoş təəssürat oyatdığını vurğulayıb və Aleksandr Qriboyedov haqqında müştərək filmin çəkilişləri ilə bağlı razılığın olduğunu qeyd edib.

Tədbirdə iştirak edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Nikita Mixalkovu ürəkdən təbrik edib. 

Xəbər lenti
0