SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Türkiyəni yeni sanksiyalarla təhdid etdi

© AFP 2023 / KIRILL KUDRYAVTSEVРоссийский солдат у российской системы противовоздушной обороны S-400 "Триумф " на военной выставке
Российский солдат у российской системы противовоздушной обороны S-400 Триумф  на военной выставке - Sputnik Azərbaycan, 1920, 28.09.2021
Abunə olmaq
Bir qədər əvvəl CBS telekanalına müsahibə verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın yaxın vaxtlarda Rusiya istehsalı olan daha bir partiya S-400 alacağını bildirmişdi.
BAKI, 28 sentyabr — Sputnik. ABŞ Senatının beynəlxalq məsələlər üzrə Komitəsi Anakaranı S-400 Hava Hücumundan Müdafiə (HHM) sistemi ilə bağlı Rusiya ilə yeni müqavilə bağlayacağı tədqirdə əlavə sanskiyalarla hədələyib. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla xəbər verib.
"CAATSA (Sanksiyalar vasitəsi ilə Amerikanın Düşmənlərinə Qarşı Mübarizə Qanunu - red.) ilə öz fikrimizi kifayət qədər aydın şəkildə izah etdik: Rusiya hərbçiləri və ya kəşfiyyat orqanları ilə böyük biznes aparan bütün qurumlara qarşı sanksiyalar tətbiq edilir. Türkiyənin hər hansı yeni hərbi texnika alışı növbəti sanksiyalara səbəb olacaq", – deyə Komitənin "Twitter"-də yayımladığı məlumatda bildirilir.
Bir qədər əvvəl CBS telekanalına müsahibə verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın yaxın vaxtlarda Rusiya istehsalı olan daha bir partiya S-400 alacağını bildirmişdi. Ərdoğanın sözlərinə görə, Türkiyə bu məsələdə qərar vermək hüququnu əvvəlki kimi özündə saxlayır və heç bir ölkənin onun işinə qarışmağa ixtiyarı yoxdur.
Qeyd edək ki, Rusiya və Türkiyə 2017-ci ildə S-400 HHM alay dəstinin alış-satışı ilə bağlı müqavilə imzalayıb, zenit komplekslərinin Ankaraya təhvil verilməsinə isə 2019-cu ilin yaz-payız aylarında başlanılıb.
Müqavilə Türkiyənin ABŞ-la münasibətlərində böhran yaradıb: Vaşinqton bunun əvəzində Türkiyəyə yeni F-35 qırıcılarının satışını gecikdirmək və ya hətta ləğv etməklə yanaşı, CAATSA-ya uyğun olaraq sanksiyalar tətbiq etməklə Amerika istehsalı olan "Patriot" komplekslərinin alınmasını tələb edib.
Sanskiyalara baxmayaraq, Ankaranın S-400-lərdən imtina etmək niyyəti yoxdur. Üstəlik, Türkiyə Prezidenti avqustun sonunda Rusiyadan S-400 zenit-raket komplekslərinin ikinci alayının alınacağını bildirib.
Daha sonra, ABŞ-ın bütün təzyiqlərinə baxmayaraq, Ərdoğan Rusiya ilə sövdələşmənin artıq yekunlaşdığını və bu məsələyə yenidən baxılmayacağını bəyan edib.
Xəbər lenti
0