Əşrəf Qəni Taliban* hakimiyyətini tanımağa çağırıb?

© AP Photo / Alex BrandonПрезидент Афганистана Ашраф Гани, фото из архива
Президент Афганистана Ашраф Гани, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.09.2021
Abunə olmaq
Eks-prezidentin rəsmi "Facebook" səhifəsində "Əfqanıstandan uzaqlaşmaq əvəzinə, hazırkı hakimiyyətlə əməkdaşlıq vacibdir" şəklində bəyanat yer alıb.
BAKI, 27 sentyabr — Sputnik. Əfqanıstanın keçmiş prezidenti Muhammed Əşrəf Qəninin "Facebook" hesabı sındırılıb. Bundan bir neçə dəqiqə əvvəl isə həmin hesabdan Taliban* hakimiyyətinin tanınmasına çağırış edilib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər yayıb.
"Muhammed Əşrəf Qəninin "Facebook"-dakı rəsmi səhifəsi sındırılıb", – deyə Qəni öz "Twitter" hesabında yazıb.
Bundan əvvəl Əşrəf Qəninin "Facebook" səhifəsində "Əfqanıstandan uzaqlaşmaq əvəzinə, hazırkı hakimiyyətlə əməkdaşlıq vacibdir" şəklində bəyanat yer almışdı. Bəyanatda Taliban* qruplaşmasına kömək göstərilməsi, onun hakimiyyətinin tanınması və Əfqanıstanın aktivlərinin yenidən açılmasına çağırış öz əksini tapıb.
Qeyd edək ki, avqustun əvvəlində Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı
 
Xəbər lenti
0