Ərdoğan ABŞ-a Suriya və İraqdan çıxmağı təklif etdi

© AP Photo / Kemal SofticПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.09.2021
Abunə olmaq
Türkiyə lideri Vaşinqton, Moskva, Bağdad və Ankaranın Suriya və İraqda sülh və stabilliyə nail olmaq üçün birgə fəaliyyət göstərə biləcəklərinə ümid etdiyini bildirib.
BAKI, 27 sentyabr — Sputnik. Amerika qoşunları Əfqanıstandan çıxarılandan sonra ABŞ Suriya və İraqla bağlı da eyni addımı atmalıdır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
"Əlbəttə, əgər mənim seçim imkanım olsaydı, onların eynilə Əfqanıstandan olduğu kimi Suriya və İraqdan da çıxarılmasını istərdim. Əgər biz bütün dünyada sülh məqsədlərinə xidmət etmək istəyiriksə, bu ölkələrdə qalmağın mənası yoxdur", – deyə Ərdoğan CBS telekanalına müsahibəsində bildirib.
Türkiyə lideri qeyd edib ki, bu ölkələrin xalqları və hökumətləri müstəqil şəkildə qərar qəbul etmək hüququna malikdirlər.
Ərdoğan onu da bildirib ki, Türkiyə Suriya Ərəb Respublikasında mövcudluğunu bu ölkənin bərpasına yardım etmək məqsədilə saxlayır.
"Biz Suriyada 10 min evin tikintisi ilə məşğuluq. İnsanları, ailələri öz vətənlərindən qovub çıxarıblar. Biz onlar üçün ev tikirik. Mənə maraqlıdır ki, başqa ölkələr orada nə işlə məşğuldur? Bunu anlamaq çox vacibdir", – deyə o vurğulayıb.
Prezident, həmçinin Vaşinqton, Moskva, Bağdad və Ankaranın Suriya və İraqda sülh və stabilliyə nail olmaq üçün birgə fəaliyyət göstərə biləcəklərinə ümid etdiyini bildirib.
Qeyd edək ki, ABŞ silahlı qüvvələri Suriyanın neft və qaz ehtiyatları ilə zəngin şimal və şimal-şərq ərazilərinə qeyri-qanuni şəkildə nəzarət edir. Rəsmi Dəməşq dəfələrlə Amerika qoşunlarının öz ərazisində varlığını açıq-aşkar neft oğurluğu məqsədilə işğalçılıq hərəkəti hesab etdiyini bildirib.
 
Xəbər lenti
0