Taliblər BMT ilə münasibətləri qurmaq üçün çağırış məktubu göndəriblər

© AFP 2023 / WAKIL KOHSAR Представители движения "Талибан" (террористическая группировка, запрещеннфая в РФ) в Кабуле, фото из архива
 Представители движения Талибан (террористическая группировка, запрещеннфая в РФ) в Кабуле, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.09.2021
Abunə olmaq
Taliblər həmçinin BMT-yə Əfqanıstanın yeni nümayəndəsi Məhəmməd Sühail Şahini təyin etdiklərini də açıqlayıblar.
BAKI, 22 sentyabr — Sputnik. Taliban* hərəkatı BMT-yə onunla münasibətləri qurmaq üçün çağırış məktubu göndərib. Bu barədə məlumatı Taliban* nümayəndəsi Bilal Kərimi RİA Novosti-yə təsdiqləyib.
"İslam Əmirliyi" (Taliban siyasi sisteminin özünəməxsus adı - red.) BMT-yə məktub göndərərək, qarşılıqlı əlaqə qurmağa çağırır... "İslam Əmirliyi" ümüd edir ki, BMT birgə işə başlamaq üçün bu məktuba müsbət cavab verəcək", - deyə Kərimi bildirib.
Bu yaxınlarda BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Xak RİA Novosti-yə deyib ki, taliblər BMT-yə məktub göndərərək, əvvəlki hökumət tərəfindən təyin olunan Əfqanıstanın daimi nümayəndəsi Qulam İsakzainin artıq ölkəni təşkilatda təmsil etmədiyini bildiriblər. Taliblər həmçinin BMT-yə Əfqanıstanın yeni nümayəndəsi Məhəmməd Sühail Şahini təyin etdiklərini də açıqlayıblar.
Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun son iki həftəsində ABŞ hərbçilərinin mühafizəsi altında olan Kabilin hava limanından Qərb vətəndaşlarının və onlarla əməkdaşlıq edən əfqanların kütləvi şəkildə təxliyəsi baş tutub. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və 2001-ci ildən BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökümətinə rəhbərlik edib.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması
Eləcə də oxuyun:
Kabil aeroportu öz fəaliyyətini bərpa edib
Taliblər Pəncşirə humanitar yardım göndərmək qərarına gəliblər
KTMT Əfqanıstana dair qərar verdi
Xəbər lenti
0