CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstanda keçirilən peyvənd lotereyasının qalibləri mükafatlandırılıblar

© AFP 2023 / CHAIDEER MAHYUDDINМедицинский работник вводит дозу вакцины Sinovac против коронавируса Covid-19, фото из архива
Медицинский работник вводит дозу вакцины Sinovac против коронавируса Covid-19, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.09.2021
Abunə olmaq
Vaksinasiya olunmuş 160 Gürcüstan vətəndaşı lotereya oyununda 100-500 lari məbləğində pul qazandılar.
BAKI, 14 sentyabr — Sputnik. Gürcüstanda vətəndaşları koronavirusa qarşı peyvəndə təşviq etmək məqsədilə keçirilən birinci lotereya oyununun nəticəsi açıqlanıb. Sputnik Gürcüstan-ın verdiyi xəbər görə, vaksinasiya prosesinə cəlb olunmuş vətəndaşlar arasında keçirilən "Peyvənd olun, qalib gəl" adlı lotereya oyununda uduş qazananların adları Stopcov.lotto.ge portalında açıqlanıb.
Oyunun ilk qalibləri sentyabrın 13-nə kimi peyvənd olunmuş şəxslər arasından seçilib.
Növbəti günlərdə həmin tarixdən sonra vaksin vurduranlar da lotereyaya qatıla biləcəklər. Hətta yalnız bir doza vaksin vurduranlar belə lotereyada iştirak hüququ qazanır.
Qaliblərin sayı 160 nəfərdir, onlar ümumilikdə 20 min lari (təxminən 11 min manat) məbləğində pul mükafatı əldə ediblər.
Qeyd edək ki, Gürcüstanda keçirilən peyvənd lotereyasında gündəlik 100 (təxminən 55 manat) 500 (təxminən 273 manat) larilik mükafatlar oynanılır. Final oyunu isə ilin sonunda keçiriləcək və mükafat fondu 100 min lariyə (təxminən 55 min manat) bərabər olacaq.
Lotereya şirkətinin bir və ya iki doza peyvənd vurdurmuş bütün vətəndaşların qeydiyyatdan keçirildiyi Xəstəliklərə Nəzarət Mərkəzinin bazasına daxil olmaq hüququ var. Qaliblər vaksinasiyaya cəlb olunmuş vətəndaşlar arasından təsadüfi olaraq seçilir.
Həmçinin oxuyun:
Vaksin və sertifikatı olmayan müəllimlər təhsil müəssisələrinə buraxılmayacaqlar
Xəbər lenti
0