Ermənistanda ehtiyatda olan hərbçi təlimdə ölüb, daha biri yaralanıb

© AFP 2023 / ALEXANDER NEMENOVВоенные каски армянских солдат, фото из архива
Военные каски армянских солдат, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.09.2021
Abunə olmaq
Cənub-şərq istiqamətində yerləşən döyüş mövqeyində ilkin məlumata görə, döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində ehtiyatda olan hərbçi Mkrtiç Serejaeviç Ovakimyan aldığı güllə yarasından ölüb.
BAKI, 14 sentyabr — Sputnik. Ermənistanda cənub-şərq istiqamətində yerləşən döyüş mövqelərindən birində ehtiyatda olan hərbçi ölüb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
"Sentyabrın 13-ü saat 22:00-da cənub-şərq istiqamətində yerləşən döyüş mövqeyində ilkin məlumata görə, döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində ehtiyatda olan hərbçi Mkrtiç Serejaeviç Ovakimyan aldığı güllə yarasından ölüb", - deyə məlumatda bildirilir.
Faktla bağlı araşdırmalar davam edir.
"Aysor.am" isə xəbər verir ki, Ermənistanın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrindən birində döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində ehtiyatda olan daha bir hərbçi yaralanıb. Yaralanan şəxsin İrəvan sakini, 36 yaşlı Leon S. olduğu bildirilib.
Xəbər lenti
0