Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İnflyasiya barədə söz-söhbət qızılın qiymətini qaldırdı

© AFP 2023 / DAVID GRAYЗолотые слитки, фото из архива
Золотые слитки, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.09.2021
Abunə olmaq
Çərşənbə axşamı ABŞ-ın Əmək Nazirliyi ölkədə avqust ayınadək inflyasiya məlumatlarını açıqlayacaq. Analitiklər inflyasiyanın iyuldakı göstəricilərinin 5.3%-5.4%-dək azalacağını düşünürlər.
BAKI, 13 sentyabr - Sputnik. Bazar ertəsi, sentyabrın 13-də qızılın qiyməti qalxmağa başlayıb. Treyderlər çərşənbə axşamı ABŞ-da inflyasiya barədə məlumatların peyda olacağı vaxtı səbirsizliklə gözləyirlər. Çünki bu, Federal Ehtiyat Sisteminin (FED) sonrakı siyasət istiqamətini təyin etməyə imkan verər. 
Sputnik Azərbaycan xarici mediaya istinadən bildirir ki, alqı-satqı nəticələrinə əsasən, Nyu-Yorkun Comex birjasında qızılın dekabr fyuçersi bir unsiya üçün 0.21% və ya 3.75 dollar artaraq 1795,85  dollar təşkil edib. Gümüşün dekabr fyuçersi isə 0.2% ucuzlaşaraq bir unsiya üçün 23.852 dollara düşüb.
Çərşənbə axşamı ABŞ-ın Əmək Nazirliyi ölkədə avqust ayınadək inflyasiya məlumatlarını açıqlayacaq. Analitiklər inflyasiyanın iyuldakı göstəricilərinin 5.3%-5.4%-dək azalacağını düşünürlər. Bir ay əvvəlki qiymətlərlə müqayisədə (0.5%) avqustda istehlak qiymətlərinin 0.4% artacağı proqnozlaşdırılır. 
İnflyasiya üzrə məlumatlar FED-in sonrakı addımları barədə investorlar üçün siqnal rolunu oynayır: neqativ statistika FED-in stimullaşdırma tədbirlərinin ixtisarlarının gecikdirilməsi qənaətini gücləndirə bilər. Makrostatistika isə qızılın həssas olduğu dolların məzənnəsinə təsir edə bilər. 
Qızılın qiyməti həmçinin ötən həftəki 2.3%-lik azalmadan sonra müəyyən korreksiya dinamikası ilə də dəstəklənir: bu, dolların möhkəmlənməsi ilə bağlıdır. Daha bahalı dollar qızılın digər valyutada alışını müəyyən qədər çətinləşdirir.
Eləcə də oxuyun:
Dünya bazarında neft bahalaşır
Avropada qazın bahalaşması Azərbaycana necə təsir edə bilər? – ekspert şərhi
Hərbi çevriliş alüminiumun qiymətini kəllə-çarxa qaldırdı: qazanan kim olacaq?
Azərbaycanda kriptovalyuta sahəsində hansı işlər görülür? – millət vəkili açıqlayır
AzerGold-un xalis mənfəəti artıb
Xəbər lenti
0